• $
  • €
  • ₽
  • ₺
  • £

“Gənc Vətəndaş”dan Gəncə olayı ilə bağlı – Bəyanat

“Gənc Vətəndaş”dan Gəncə olayı ilə bağlı – Bəyanat
13.07.2018 14:34
"Gənc Vətəndaş” İctimai Birliyi Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Kult.az sözügedən bəyanatı təqdim edir:

”Gənc Vətəndaş” İctimai Birliyi Gəncə şəhərində radikal, ekstremist dini qrupların təmsilçiləri tərəfindən həyata keçirilən terror aksiyalarını qətiyyətlə pisləyir.

Baş verən hadisələr bir daha sübuta yetirir ki, Azərbaycanın dünyəvi, demokratik dövlətçilik modeli bütün müsəlman şərqi üçün alternativi olmayan çıxış və inkişaf yoludur. Azərbaycan xalqının tarixi ənənələrinə və mədəniyyətinə söykənən tolerantlıq modeli dinindən, irqindən asılı olmayaraq bütün insanların dinc birgəyaşayışının təmin edilməsi üçün yeganə vasitədir. Radikal dini qrupların və onları himayə edən dairələrin ən müxtəlif dini-siyasi şüarlar altında total təbliğat kampaniyalarına baxmayaraq Azərbaycan xalqının birmənalı olaraq radikalizmə, aqressiyaya yox deməsi, dövlətçiliyimizi göz-bəbəyi kimi qorumağa hazır olduğunu nümayiş etdirməsi vətəndaşlarımızın ayıq-sayıq olduğunu, baş verənlərin mahiyyətini yaxşı anladıqlarını sübuta yetirir. Azərbaycan xalqı hər zaman olduğu kimi yenə də öz dövləti ilə çiyin-çiyinə dayanaraq istiqlalımızı, gələcəyimizi hər cür qaranlıqdan qorumağa qadir olduğunu, dövlət-xalq birliyini bir daha nümayiş etdirdi.

Biz "Gənc Vətəndaş” İctimai Birliyinin təmsilçiləri olaraq, terroru və onun hər cür təzahürünü lənətləyir, konstitusion dövlət quruluşumuza, təhlükəsizliyimizə qarşı atılan bütün addımlara qarşı ən sərt tədbirlərin həyata keçirilməsini vacib hesab edirik”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol