• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının məşhur restoranında dava düşdü

Bakının məşhur restoranında dava düşdü
13.07.2018 15:48
Son bir neçə ildə onlarla restoran "ərəbləşdi”, məhz ərəb musiqisi, mətbəxi ilə ölkəmizə turist kimi gələn ərəblərə xidmət göstərməyə başladılar.

İndi isə mərkəzdə yerləşən bəzi iaşə obyektləri yerli müştərilərə xidmət göstərmək istəmir.

Anews.az Minval.info-ya istinadən xəbər verir ki, Fərəc Eyvazov bildirib ki, restoranda məhz azərbaycanlı olduğu üçün özünə yer tapa bilməyib. 

Fərəcin sözlərinə görə, 11 iyul günü İngiltərə-Xorvatiya matçını izləmək üçün Nizami küçəsində yerləşən "Kolorit” kafesinə üz tutub.

Bütün masalar dolu olduğu üçün bir qədər gözləyib. Daha sonra bir masa ətrafında əyləşənlər durub gediblər, masa boş qalıb. Fərəc masanın tamamilə boşaldığına əmin olmaq üçün bir az da gözlədikdən sonra əyləşmək üçün yaxınlaşıb.

Ancaq bu zaman restoranın ofisiantları Fərəcə mane olublar: "Mənə dedilər ki, bu masa doludur. Soruşuram ki, bəs niyə "reserved” yarlığı qoymamısınız? Bundan sonra məni küçə davasına çağırdılar. Restoranın məsul şəxsi deyir ki, "Sən bilirsən, mən kiməm”. Məni qorxutmağa çalışdılar. "Sizi məhkəməyə verəcəyəm” dedikdə, mənə nalayiq sözlər deməyə başladılar. Mən hələ bu qədər biabırçılıq görməmişdim”.

Şikayətçi iddia edir ki, bu yerləri ərəblər üçün saxlayırlar çünki, hər kəsə bəllidir ki, onlar daha çox yemək sifariş edir, restorana daha çox xeyir verirlər.

İddialarla ilə bağlı "Kolorit” kafesi ilə əlaqə saxladıq. Kafenin Nizami filialının meneceri Elşad bəy bildirib ki, həmin günlər kafedə sıxlıq olur, masa bron edənlərin sayı çox, ona görə də belə çaşqınlıq yaranmış ola bilər: "Futbol üzrə Dünya çempionatının oyunları olan günlərdə həddindən çox rezerv alırıq. Bəzən elə olur ki, masa arxasına əyləşmək üçün uzun növbələr yaranır. Ola bilsin, müştəri masadan qalxdıqdan sonra hələ "rezerved” yazılı lövhəni yerləşdirənə qədər digər müştəri əyləşmək istəyib. Ona görə də, belə anlaşılmazlıq yaşanıb. Dava məsələsinə gəldikdə isə, bizim əməkdaşlar heç vaxt belə addım ata bilməzlər. Axı özümüz də daim nəzarət edirik”.

Yəni, kafe deyir ki, yer rezerv olub sadəcə bunu göstərən lövhə qoyulmayıb, şikayətçi isə bildirir ki, rezerv olduğunu göstərməyiblərsə, əyləşə bilər. Bəs bu halda tərəflərdən hansı haqlıdır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, rezerv olduğu göstərilməsə belə, restoranın müştəriyə yerini dəyişməyi xahiş etməyə tam haqqı çatır: "Restoranın əməkdaşları müştəriyə həmin masanın bron edildiyini deyərək, başqa masaya keçməsini istəyə bilər. Bu zaman müştəri seçim etməlidir, ya başqa masaya keçəcək, ya da məkanı tərk edə bilər”.

Müştərinin davaya çağrılması məsələsi barədə isə E.Hüseynov söyləyib ki, müştəriyə qarşı zorakılıq halları artıq adiləşib: "Azərbaycan restoranlarında bu kimi böyük bir problem yaşanır. Hətta insanların üzünə baxıb buraxmırlar. Əgər bir təzyiq, xəsər yetirmə olubsa, müştəri buna görə mütləq lazımi yerlərə şikayət etməlidir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol