• $
  • €
  • ₽
  • ₺
  • £

Mingəçevirdə inanılmaz olay - VİDEO

Mingəçevirdə inanılmaz olay - VİDEO
13.07.2018 16:09
Anews.az 7news.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzində Mingəçevir Mərkəzi Xəstəxanasına məxsus Təcili Tibbi Yardım avtomobili xarab olub və 45 dərəcəyə yaxın istidə xəstəni küçəyə endiriblər. Olduqca pis vəziyyətdə olan xəstə bir neçə dəqiqə şəhərin mərkəzi avtomobil yolunda, qızmar günün altında qalıb. Bu zaman xəstənin halı kritik həddə düşüb.

Yalnız ətrafdakıların müdaxiləsi nəticəsində xəstəni başqa avtomobillə aparmaq mümkün olub. İsti havada bu vəziyyətə düşən xəstənin sonrakı taleyi ilə bağlı məlumat almaq mümkün olmayıb. Ancaq videodan da görünür ki, vəziyyət o qədər də ürəkaçan deyil.

Yerli əhalinin verdiyi məlumata görə Mingəçevir Mərkəzi Xəstəxanasına dövlət tərəfindən milyonlarla vəsait ayrılsa da durum o qədər də ürəkaçan deyil. Məlumatda qeyd olunur ki, TəciliTibbiYardım avtomobilini sürən şəxsin, həkimlərin heç bir günahı yoxdur. Çünki Xəstətana vaxtı-vaxtında avtomobilləri texniki baxışdan keçirmək, yanacaq almaq üçün vəsait ayırmır. Daha doğrusu dövlət vəsait ayırır, sadəcə təyinatı üzrə deyil, şəxsi maraqlara xərclənir. Məhz buna görə Mingəçevirdə bu kimi biabırçı hallara tez-tez rast gəlmək mükündür.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol