• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərinin nəzərinə: bugün daha bir yol bağlanır

Sürücülərinin nəzərinə: bugün daha bir yol bağlanır
14.11.2014 16:28

Bakının mərkəzi yollarından biri olan Koroğlu Rəhimov küçəsinin bir hissəsi bu gündən etibarən bağlanacaq.

ANN.Az Trend-ə  istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, bu gün saat 22:00-dan etibarən paytaxtın Nərimanov rayonu ərazisində Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsi ilə kəsişməsinədək olan hissəsi yeni asfalt örtüyünün və səki daşlarının döşənməsi ilə əlaqədar qısa müddətə avtomobillərin hərəkəti üçün tam bağlanacaq və istiqamət dəyişidiriləcək: “Bakı yol polisi həmin ərazidə yaşayan və göstərilən istiqamətdə hərəkət edən avtomobil sürücülərinə bildirir ki, vəziyyəti nəzərə alıb istiqaməti Təbriz küçəsi ilə kəsişmədən metronun “Nərimanov” stansiyası istiqamətində və yaxud Heydər Əliyev prospekti ilə Yusif Səfərov küçəsindən keçməklə müəyənləşdirmək mümkündür".Bundan əlavə, sürücülərdən və avtomobil sahiblərindən xahiş edilir ki, metronun “Gənclik” stansiyasından Fətəli xan Xoyski küçəsi ilə hərəkət edərkən Odlar Yurdu Universiteti istiqamətində aparılan təmir-tikinti işlərini nəzərə alıb hərəkəti yalnız tunellə “Nərimanov” stansiyası istiqamətində müəyyənləşdirsinlər.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol