• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahın havası: külək, yağış, şimşək...

Sabahın havası: külək, yağış, şimşək...
06.08.2018 13:30
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində avqustun 7-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 32-35, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 7-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol