• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gələn turistlərin axtardıqları adam - VİDEO

Azərbaycana gələn turistlərin axtardıqları adam - VİDEO
08.08.2018 15:18
Məhəbbət haqqında dastanlar yazılıb, nəğmələr qoşulub. Onun hansı səbəblərdən, necə yaranmasını psixoloqlar, alimlər, şairlər araşdırıb, bir-birindən fərqli nəticələr ortaya qoyublar. Məhəbbətin insanı dəyişməsini — bəzilərini aşıq, aşiq, şair, məcnun və s. hallara salmasını isə heç kim inkar etməyib. Düzdür, insan psixologiyası üzrə araşdırmalarda daha irəli getdiyini iddia edən elm adamları bunu hər hansı psixoloji prosesə bağlayıb müxtəlif yönlərdən izah etsələr də, el arasında bu adamlar elə haqq aşiqi, könül adamı olaraq tanınıb və qəbul ediliblər.

BAKU.WS sputnik.az-a istinadən əməkdaşının həmsöhbəti olan Gədəbəy rayon Moruqlu kənd sakini Ağamməd Rzayev də bu cür insanlardandır. Uşaqlıqdan çoban olan atasına kömək edərək, gözəl təbiətli Gədəbəyin yaylaqlarında qoyun-quzu otararaq böyüyüb. Gəzdiyi yaylaqların birində ilk məhəbbətinə (o qızın haqqında ətraflı danışmaq istəmir — müəll.) rast gəlib və elə xüsusi bacarıqla fit çalmağı da o vaxtlardan öyrənib.

"Neyləməlisən, ürəyini boşaltmalısan dağlara, daşlara" — deyən Ağamməd Rzayev dərələrdə sürünü fitlə idarə etdikcə, tədricən fitin musiqiyə çevrilməsini hiss edib, daxildən gələn ehtiyacla bu bacarığı daha da qabarıq üzə çıxarıb. Sonralar isə məhəbbət saçan bir yanğıyla bu qabiliyyətini daha da inkişaf etdirib.

Hazırda işarət və adsız barmaqlarının köməyi ilə 20-dək musiqini fitlə ifa edir. Günü-gündən bu bacarığını daha da inkişaf etdirməyə çalışır. Çünki məhəbbətdən yaranan bacarıq onunçün qazanc mənbəyinə də çevrilib. Belə ki, yayda turistlərin daha çox axını baş verən Gədəbəyin restoranları, bulaq başları musiqiçilərin qazanc mənbəyi olur. Saz çiynində məclis-məclis gəzən aşıqlar həm gələn turistləri feyziyab edir, həm də öz büdcələrinə əlavə vəsait gətirmiş olurlar.

A.Rzayev özünün turistlər tərəfindən ən çox arzulanan musiqiçilərdən biri olduğunu, xüsusiləsə fit çalma qabiliyyətinə görə axtarıldığını söyləyir: "Ən çox turistlər axtarırlar məni. Onların içində başqa rayonlarda yaşayanlar da var. Ən çox Cənubi Azərbaycandan olan turistlər, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız məni soraqlayıb tapır. Allah bərəkət versin, yay aylarında dolanmaq mümkün olur".

Sazda da 40-a yaxın hava ifa eləməsinə baxmayaraq özünü sırf aşıq hesab etmir. Gənclik dövrlərində insanların daha saf məhəbbətə malik olduqlarını deyən həmsöhbətim yanıqlı halda deyir ki, "Nədəndirsə, aşiqlər öz yarlarına qovuşa bilmirlər. Mən də qovuşmadım. İndi bu, həm də mənim hisslərimin ifadəsidir".

Ağamməd Rzayev, əsasən Qədir Rüstəmovun ifasında dinlədiyimiz "Sona bülbüllər" mahnısını fitlə səsləndirərək bu gün də öz dərdinə təskinlik verdiyini bildirir…

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol