Adnan Oktara bu ölkədən hər ay 1 milyon dollar gəlirmiş

Ötən ay həbs edilən Adnan Oktarın dəstək aldığı maliyyə mənbələrindən bəziləri ortaya çıxıb.
"Qafqazinfo” "Posta”ya istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq zamanı Adnan Oktara Qazaxıstandan hər ay 1 milyon dollar pul göndərdildiyi ortaya çıxıb.
Pulların bir qismi müəyyən şəxslərlə nağd şəklində A.Oktara çatdırılıb. Digər qismi isə onun yaxın adamlarının bank hesablarına göndərilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
www.anews.az
























