• $
  • €
  • ₽
  • ₺
  • £

Mirqafar Seyidovu şərləyə bilmədi

Mirqafar Seyidovu şərləyə bilmədi
27.08.2018 19:38
Vətəninfo.az xəbər verir ki,bu gün haqqın.az saytının əmıkdaşının bacısının avtomobilinin guya Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun göstərişi ilə cərimə meydançasına aparılması ilə bağlı virtualaz.org saytında dərc edilən xəbərdən sonra,Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov ötən gün baş verən hadisə ilə bağlı  açıqlama verib.Polkovnik Əsədov bildirib ki, həmin insidentlə bağlı ətraflı araşdırma aparılıb, o cümlədən kamera görüntüləri nəzərdən keçirilib.


"Məlum olub ki, ötən gün avqusun 26-da saat 17 radələrində Bakı-Salyan şose yolunun Bibiheybət ərazisindən keçən 11-ci kilometrliyində, maksimal hərəkət sürətinin saatda 80 kilometr nəzərdə tutulduğu yerdə BMW markalı, 90 SZ 728 dövlət nömrə nişanlı avtomobil lüzumsuz şəkildə aşağı sürət həddi seçərək sağ zolaqla hərəkət edib, bu zaman yolda süni sıxlıq yaranıb. Kamera görüntülərinə əsasən  "Hyundai Elantra” markalı, 90 BB 616 dövlət nömrə nişanlı avtomobilin sürücüsü də bu vaxt sürəti aşağı salıb, BMW markalı avtomobilin sürücüsü ilə bir neçə saniyəlik nəsə danışıb, yaxud hansısa qarşılıqlı jestlər olub. Nəticədə yolun iki hərəkət zolağında süni sıxlıq yaranıb və bu zaman Bakı şəhər DYP-nin hərəkətin idarəetmə mərkəzindən yollarda vəziyyəti birbaşa rejimdə izləyən operatoru həmin ərazidəki süni sıxlığa diqqət yetirib. Görüntülərə əsasən  operatorda belə qənaət yaranıb ki, "Hyundai Elantra” və  BMW markalı avtomobillərin sürücüləri hərəkət sürətini aşağı salaraq öz aralarında söhbət edirlər, nəticədə yol hərəkəti qaydalarını pozurlar. Və hər iki avtomobilin saxlanılması və sürücülərin barəsində inzibati xəta protokolunun tərtib edilməsi üçün DYP-nin dislokasiya üzrə xidmət aparan əməkdaşına məlumat verilib”-Vaqif Əsədov bildirib.Bəs lüzumsuz aşağı sürət həddi seçməklə hərəkətə mane olan sürücünün avtomobilinin cərimə dayanacağına aparılması nə dərəcədə qanuni idi və bu hansı zərurətdən irəli gəlirdi? Axı bu, DYP əməkdaşlarının çox vaxt əhəmiyyət vermədiyi xırda qayda pozuntusudur və avtomobilin cərimə dayanacağına aparılması üçün əsas vermir.
V.Əsədov bununla bağlı deyib ki, sürücünün sənədlərində uyğunsuzluq aşkarlanarsa və ya hansısa sənədi yoxdursa avtomobilin hərəkətdən kənarlaşdırılması barədə qərar verilə bilər. "Görünür avtomobilin  cərimə dayanacağına aparılması barədə qərar bu səbəblərdən birinə görə verilib. Amma yaranmış situasiyada əsas günahkar BMW markalı avtomobilin sürücüsü olub, hər iki sürücünün izahatı alınıb. BMW sürücüsü kimisə gözlədiyinə görə yavaş sürət seçdiyini deyib, təsdiq edib ki, bu vaxt "Hyundai” avtomobilinin sürücüsü ondan aşağı sürətin səbəbini, yolda nəsə baş verib-vermədiyi haqda soruşub. Lakin istənilən halda hər iki sürücü yolda süni sıxlığın meydana gəlməsinə səbəb olublar. Onların hər ikisi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunublar, inzibati qayda pozuntusu onlara izah edilib, barələrində protokol tərtib olunub.”-polkovnik Əsədov deyib.
O, avtomobillərin saxlanılması və cərimə dayanacağına salınması barədə göstərişin həmin vaxt 10 AA 474 markalı "Lexus” markalı avtomobildə hərəkətdə olduğu təxmin edilən Bakı şəhər Baş Polis İdarəsinin rəisi, general Mirqafar Seyidov tərəfindən verilməsi barədə məlumatlara da aydınlıq gətirib. Bildirib ki, həmin məlumat doğru deyil: "Bu xırda insidentin Bakı şəhər Baş Polis İdarəsinin rəisi ilə heç bir bağlılığı yoxdur”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol