• $
  • €
  • ₽
  • ₺
  • £

Payızda baş ağrılarının artma səbəbi və müalicəsi

Payızda baş ağrılarının artma səbəbi və müalicəsi
08.09.2018 12:16
Payız isti, günəşli mövsümdən soyuq mövsümə keçid dövrü olduğundan, gecə-gündüz uzunluğu dəyişdiyindən orqanizmə mənfi təsir edir.

BiG.AZ xəbər verir ki, yeni fəsil özü ilə orqanizmə mənfi təsirlər göstərən bu faktorları da gətirir:

-Günəş işığı azalır

-Hava soyuyur

-Rütubət artır

-Atmosfer təzyiqi dəyişkən olur.

Hər insanın orqanizmi bu dəyişikliklərə rahat reaksiya vermir.

Ən əsas baş beynin neyromediatorlarına təzyiq başlayır ki, bu da qanda serotoninin miqdarını azaldır. Serotonin nə qədər azdırsa, insan bir o qədər halsız, depressiv və ağrıya həssas olur. Xüsusən 40 yaşdan yuxarı insanlarda orqanizm daha həssas olur.

Fəsil dəyişiklikləri ilə bağ ağrıları, başda sıxılmalar artır.

Payızda allergen insanların da ağrıları artır, çünki rütubət və kifə allergiya artır. Allergiyası olan insanların baş ağrıları daha müntəzəm ola bilər.

Klaster baş ağrıları

Meteohəssas adamların tutmaya bənzər baş ağrılarına nevrologiyada klaster deyilir. Hər il istər kişi, istər qadınlarda əsl payız baş ağrıları olan – klaster simptomlarından şikayətlər artır. Bu baş ağrıları getdikcə cavanlaşır və xroniki hala keçir.

Klaster baş ağrısının əlamətləri:

-Göz ətrafı, göz üstü spazmlar, miqrenə bənzər tutmalar

-Üzün bir yarısını daha çox əhatə edir, gözün üstü sanki biri o birindən şişkin görünür.

-Burun tutulur, göz bəbəyi daralır, ürək sıxılmaları olur

-Tutmalar 15 dəqiqədən 2 saata kimi davam edə bilər

-Klaster ağrıların dövrü – bir neçə gündən 2 aya kimi müddəti əhatə edə bilər.

-Ağrı adətən sutkanın eyni saatında tutur. Pik vaxtı gecə yarısı və günortadır.

Bəs dərmanı nədir?

-Kalsium kanallarını blokadaya alan preparatlar

-Epileptik tutmaların profilaktikası üçün nəzərdə tutulmuş divalproeks, topiramat

-Biopolyar pozğunluqların müalicəsi üçün nəzərdə tutulan dərmanlar

-Bu dərmanlar həkimin məhz bu diaqnozu təsdiq etməsindən sonra təyin oluna bilər. Çünki baş ağrılarının növləri çoxdur.

Payız başağrılarından necə qorunmalı?

-Alkoqoldan uzaq durmalı

-Qida məhsulları ilə nitrat qəbulunu azaltmalı: konservləşdirilmiş məhsullar, kolbasa yeməmək

-Nitroqliserin kimi damar genişləndirən dərmanlardan uzaq durmalı

-Gündüz qaranlıq qapalı yerlərdə qalmamalı, bacardıqca çox gün işığı qəbul etməli

-Həddən artıq isti su ilə çimmək: sauna, qaynar duş olmaz

-Orqanizmdə su azlığı – kofe, çay yox, təmiz su içməli

-Yuxu azlığı – maksimum gecə yatmaq lazımdır.

Baş ağrıları kəskin, dözülməz və tez-tez olarsa, nevroloqa müraciət etmək məsləhətdir./Medicina/

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol