• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda toy günü FACİƏ!

Azərbaycanda toy günü FACİƏ!
08.09.2018 11:27
Bacısının toyundan qayıdan qızı maşın vurub öldürdüÖtən axşam Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, Salyan-Sabirabad avtomobil yolunun Sabirabad rayonunun Cəngən kəndindən keçən hissəsində 18 yaşlı kənd sakini Lamiyə Xalıq qızı Mərdanova Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini, 31 yaşlı Rövşən Elşən oğlu İsmayılovun idarə etdiyi "Mercedes-C" markalı 90 EH 382 dövlət nömrə nişanlı minik maşını ilə vurulub. Hadisə baş verən zaman piyada L.Mərdanova yaxınları ilə birgə bacısının Salyan rayonunda keçirilən toy məclisindən qayıdırmış. Onlar avtobusdan düşərək yolu keçmək istədikləri zaman Lamiyəni maşın vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bundan qəzəblənən həyatını itirmiş piyadanın yaxınları sürücünü döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiklərindən o, maşını hadisə yerində qoyaraq könüllü Salyan Rayon Polis Şöbəsinə gəlib və təslim olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol