• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən XƏBƏRDARLIQ

Yol polisindən  XƏBƏRDARLIQ
10.09.2018 16:23
Bir neçə gündən sonra yeni dərs ili başlayır. Yeni dərs ilinin başlanması özü ilə birlikdə tıxacları da gətirəcək desək, yanılmarıq. Artıq elə indidən paytaxt küçələrində avtobillərin sıxlığı müşahidə olunur. Görəsən yol polisi də Bakıda gözlənilən tıxaclar barədə fikirləşirmi?

BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, dərs ilinin başlanması ilə bağlı polis gücləndirilmiş iş rejimində xidmət edəcək:

"Təhlükəsizliyin təmin edilməsi üçün tərəfimizdən bütün zəruri tədbirlər həyata keçiriləcək. İlk növbədə qeyd edilməlidir ki, paytaxtın inzibati ərazisində olan bütün təhsil müəssisələri tərəfimizdən nəzarətə götürülməklə, həmin təhsil müəssisələrinin yerləşdiyi ərazilərə yaxın yollarda əməkdaşlarımız xidmət aparmaqla bütün zəruri addımlar atılacaq. Nəzərə almalıyıq ki, dayanma-durma və ya parklanma tələbləri düzgün yetirilmədikdə bu, süni sıxlığın və ya tıxacların yaranmasına səbəb olur”.

Şöbə rəisi valideynlərə və sürücülərə müraciət edərək bildirib ki, dayanma-durma, parklanma tələbləri müzakirə olunmadan yerinə yetirilməlidir:

"Bəzən birinci sinfə gedən şagirdi bir neçə nəqliyyat vasitəsinin müşayiəti ilə məktəbə gətirirlər. Bu da süni sıxlıqların, tıxacların yaranmasına səbəb olur. Biz valideynlərdən, sürücülərdən xahiş edirik ki, belə addımlar atmasınlar”.

V.Əsədov deyib ki, kimliyindən və söylədiyi bəhanələrdən asılı olmayaraq qayda pozan, tıxaclara səbəb olan sürücülər inzibati məsuliyyətə cəlb ediləcək:

"Hazırda Bakı şəhərində avtomobillərin hərəkət intensivliyi artıb, bu o deməkdir ki, tətil başa çatmaq üzrədir. İstirahətdən qayıdanlar artıq dərs ilinin başlanması ilə bağlı hazırlıq işləri görür. İntensivlik artsa da, yol hərəkətində və yaxud yol hərəkəti haqqında qanunun tələblərində göstərilənlər düzgün yerinə yetirilərsə, yol qəza hadisələri baş verməz və müəyyən istiqamətlər üzrə ləngimələr olmaz. Hamı bilməlidir ki, kiminsə övladının dərsə getməsi və ya dərsdən çıxması onun məsuliyyətdən yayınmasına səbəb ola bilməz. Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək, bununa yanaşı, sürücülərimiz də məsuliyyətli olmalıdırlar. Bir avtomobilin yolda bir dəqiqə dayanması böyük sıxlıqların yaranmasına səbəb olur. Kimsə öz rahatlığı üçün başqasının işinə mane olmamalıdır”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol