• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni “Toyota Camry” artıq Azərbaycanda

Yeni “Toyota Camry” artıq Azərbaycanda
06.11.2014 20:07

Noyabr ayının 4-də Bakıda yeni “Toyota Camry” modelinin təqdimat mərasimi olub.

 

ANN.Az “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, təqdimat Bakıda yerləşən “Four Seasons” otelində dəbdəbəli şəkildə baş tutub.

Tədbiri açılış nitqi ilə açan “Toyota Bakı Mərkəzi”nin baş direktoru Mustafa Abbasbəyli iştirakçılara şirkət haqqında bilgilər verib və Yeni “Toyota Camry”nin regionda ilk olaraq Azərbaycanda nümayiş etdirildiyi üçün çox şad olduğunu deyib.

Toyota Camry şərqi avropada ən çox satılan modellərdən biridir. Bu model 2011-ci ildə bütün dünyada olduğu kimi Azərbaycanda da nümayiş olunub və 32 illik irsin 7-ci nəsli sayılır.

D/E seqmentinin satış üzrə lideri olan “Toyota Camry”, 80-dən çox ölkədə, 16 milyondan   çox satılıb. Ümumiyyətlə “Toyota” Azərbaycanda ən çox tanınmış və satılmış modellərdən biridir.

“Toyota Camry”ni irsi davamlılığı, rahatlığı və keyfiyyətinə görə Azərbaycanda premium avtomobillər siyahısına daxil etmək olar.

“Toyota Camry” modeli 10 ədəd dinamikli JBL Matrix Premium səs sistemi ilə sürücüyə tam fərqli zövq bəxş edir. 

Yeni “Toyota Camry”nin zahiri görünüşü 7 rəng çalarında olacaq. Onlardan boz metalik və tünd göy metalik modelin yeni rəngləridir.

Yeni “Camry”də aşağıdakı yenilikləri sıralamaq olar:

Yeni radiator barmaqlığı.

Diodla təchiz edilmiş yeni ön və arxa optika.

Yeni ön və arxa bamperlər.

Yeni dizaynlı sükan.

Yeni monitor.

Yeni dizaynlı klimat kontrol.

  

Təqdimat mərasimində lotereya oyunu keçirilib. Bu üç mərhələli oyunda uduş yeni “Toyota Camry” üçün 1000 manat, 2000 manat, 3000 manat endirim sertifikatları olub. 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol