• $
  • €
  • ₽
  • ₺
  • £

Xanım deputat siqaretə görə etiraz etdi

Xanım deputat siqaretə görə etiraz etdi
29.05.2020 10:36
Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Teatr və teatr fəaliyyəti haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Jalə Əliyeva yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı tətbiq edilən qadağaya etiraz edib.
 
AzVision.az xəbər verir ki, deputat çıxışında qadağanın yaradacılıqda tətbiqinin doğru olmadığı söyləyib: 

"Siqaretə qarşı mübarizə çox yaxşıdır, amma bunu yaradacılıqda tətbiq etmək olmaz. Bu, qadağa olursa, o zaman bədii əsər yazanlara da tətbiq edilsin, qəhrəmanları siqaret çəkərkən təsvir etməsinlər? Bu nə dərəcədə doğrudur?”.

Komitə sədri Rəfael Hüseynov isə deputata cavab olaraq deyib ki, yanaşması prinsip etibarilə doğrudur, amma burada nümayişdən söhbət gedir: "Çünki insanların şüuruna daha çox təsir edir. Kitabı biri oxuyar, biri oxumaz. Yəni kitab fərdi qaydada istifadə edilən məhsuldur. Televiziya, radio, teatr kütləvi şəkildə informasiya çatdırır. Ona görə belə məhdudiyyətlərin olması vacibdir”.

Qeyd edək ki, "Teatr və teatr fəaliyyəti haqqında” qanuna edilən dəyişiklik "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol