• $
  • €
  • ₽
  • ₺
  • £

Falçılara qarşı mübarizə gücləndirilir

Falçılara qarşı mübarizə gücləndirilir
13.09.2018 20:42
Dəfələrlə xəbərdarlıq edilməsinə və maarifləndirmə işləri aparılmasına baxmayaraq, XXI əsrdə hələ də falçılara inananlar var. Son zamanlar xüsusilə qadınlar arasında cadugərlik və fala meyil artıb. Pulunu və vaxtını itirən belə insanlar aldadıldıqlarını biləndə isə gec olur. Falçılıqla məşğul olan insanlara qarşı nəzarət tədbirləri gücləndirilir.

Oxu.Az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Xəzər” TV-yə bildirib ki, komitəyə bununla bağlı müraciətlər daxil olur. 

Özlərini falçı kimi təqdim edən bəzi insanlar vətəndaşları aldadırlar.

Falçılıq bütün dünyəvi dinlərdə birmənalı olaraq qadağan edilir. İslam dininin müqəddəs kitabı olan "Qurani-Kərim” və surələrində falçılıq şeytan əməli kimi qeyd edilir və haram sayılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə, insanların etibarından istifadə edib onları aldadan şəxslərə qarşı mübarizə daha sərt formada həyata keçiriləcək.

Falçılara qarşı hüquq-mühafizə orqanları ilə birgə qabaqlayıcı tədbirlər görüləcək.

Falçılarla qarşılaşan şəxslər isə aidiyyəti üzrə polis məntəqələrinə və dini qurumlarla iş üzrə dövlət komitəsinə müraciət edə bilərlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol