Evdən 100 min manat oğurlandı
Gəncə şəhərində oğurluq hadisəsi baş verib.Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosunun verilən məlumata görə, şəhərin “Avtozavod” qəsəbəsində yaşayan, Gəncə Musiqi Kollecinin müəlliməsi, 1978-ci il təvəllüdlü Raminə İsmayılova Kəpəz rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, noyabrın 4-də, günorta saatlarında evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinin pəncərəsini sındıraraq içəriyə daxil olublar. Oğrular evdən 8 min manat dəyərində qızıl-zinət əşyaları və 100 min manata qədər pul oğurlayıblar. Cinayəti törədən şəxslərin tapılması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Cəmiyyət 14:56 Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:13 Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 13:21 Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:12 Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:05 Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 12:50 Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 11:13 Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 10:54 Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:36 Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb