• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı oliqarx 10 milyona görə həbs edildi

Azərbaycanlı oliqarx 10 milyona görə həbs edildi
06.11.2014 15:06
Bir müddət öncə Rusiyanın Komi Respublikasında həbs edilmiş Akif Sayadova qarşı iş müstəntiqlər tərəfindən külli miqdarda pul mənimsənilməsi istiqamətində aparılır. Bu barədə Axar.az-a məlumat etibarlı mənbələrdən daxil olub.Mənbə Akif Sayadovun 2009-cu ildə imzaladığı müqavilələri yerinə yetirməməkdə günahlandırıldığını bildirir. Müstəntiqlər onu 10 milyon rubldan çox pulu mənimsəməkdə ittiham edirlər.Rusiya mətbuatı isə Akif Sayadovun iki şirkət qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyini yazıb. Bildirilir ki, Akif Sayadov 22-24 sentyabr 2009-cu il tarixində “Uxtaneftqazgeologiya”nın adından “P-AvroElitStroyLyuks-M” şirkətini geoloji kəşfiyyat işini həyata keçirəcək avadanlıqla təmin etmək üçün müqavilə imzalayıb. 15 oktyabr 2009-cu il tarixində isə “Buroviye sistemi” şirkəti ilə Udmurtiyada geologiya kəşfiyyat avadanlıqlarının istehsalında cavabdehliyi saxlamaqla bağlı müqaviləyə qol çəkib. “Uxtaneftqazgeologiya” ilə bağlanmış müqavilələrin dəyərinin 42 milyon 284 min (748.629 AZN) rubl olduğu bəlli olub. Amma Sayadov nə müqavilənin şərtini həyata keçirib, nə də ki, avadanlıqları lazım olan şirkətlərə göndərib. Müstəntiqlərin də məhz bu pulun mənimsənilməsi ilə bağlı araşdırma apardıqları bildirilib.Həmçinin 2009-cu ildən 2014-cü ilin fevralına qədər Sayadov və şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayan şəxslər tərəfindən “Uxtaneftqazgeologiya”dan “P-AvroElitStroyLyuks-M” şirkətinin hesabına təyinatı bəlli olmayan 25.446.248 (450.516 AZN) rubl köçürülüb.Daha bir əməliyyat barədə “Tribuna.nad.ru” saytı xəbər yayıb. Xəbərdə iddia olunur ki, Dağıstandakı bəzi biznes-strukturların hesabına qeyri-qanuni olaraq pul daxil olub və həmin hesablardan ən azı 1.045.000 (18.501 AZN) rubl nəğd formada götürülüb. Daha bir milyon rubl dəyərində pul “İmperiya” LTD-nin hesabına keçirilib. “Rosfinmonitoriq”in hesabatına görə isə bu LTD-nin hesabından qeyri-qanuni xərclərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi üçün istifadə edildiyi qeyd edilib.Qeyd edək ki, Akif Sayadov oktyabrın 29-da həbs olunub. Onun həbs olunmasına ilkin əsas səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq terrorizmə dəstək verməsi göstərilib. Daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsi Sayadovu pulların qeyri-qanuni yolla leqallaşdırılmasında günahlandırıb.Bəzi mənbələr isə Akif Sayadovun məhz Putinin əleyhinə çıxış etdiyi üçün həbs edildiyini vurğulayıblar. A.Sayadovun sırf biznes maraqları baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasında yer alıb. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.Onu da xatırladaq ki, 63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol