Bakı metrosunda problem
Bu gün səhər saat 07:21 radələrində metronun Həzi Aslanov stansiyası istiqamətində hərəkət edən 12 saylı marşrutunun son vaqonunda nasazlıq qeydə alınıb. Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. N. Paşayevin sözlərinə görə, qatar Qara Qarayev stansiyasında sərnişinləri boşaldıb dalana verərək, daha sonra depoya göndərilib. “Bu zaman 7 dəqiqəyə yaxın gecikmə qeydə alınıb. Bunun nəticəsi olaraq intervalın normallaşdırılması üçün bəzi xırda ləngimələr meydana gəlib”, - deyə o əlavə edib. ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Cəmiyyət 14:56 Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:13 Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 13:21 Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:12 Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:05 Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 12:50 Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 11:13 Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 10:54 Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:36 Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb