• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərə şad xəbər: Maaşlar artacaq

Müəllimlərə şad xəbər: Maaşlar artacaq
06.11.2014 09:59

“Dövlət xərclərinin artırılması məsələsində ehtiyatlı olmaq lazımdır. Onsuz da 2015-ci ilin dövlət büdcə layihəsində nəzərdə tutulan xərcləri çox yüksək səviyyədir. Bu xərcləri gəlirləri də olmalıdır”. 

ANN.Az Modern.az-a istinadən bildirir ki,  bunu  2015-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisin  6 komitəsinin birgə müzakirəsində  səslənən təkliflərə münasibət bildirən maliyyə naziri Samir Şərifov deyib. 

Nazir bildirib ki, Azərbaycanda neft hasilatı azalıb. Samir Şərifovun sözlərinə görə bu mənada, dövlət xərclərini kəskin şəkildə artırmaq olmaz.Maliyyə naziri qeyd edib ki, dövlət xərclərini kəskin şəkildə artırmaqla, bir günə bütün problemləri həll etmək özü də qeyri-mümkündür.  Hökumət nümayəndəsi əlillərin mənzillərlə təmin olunması məsələsinə də aydınlıq gətirib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bizə təqdim olunmuş məlumata görə onlar 4-5-ilə bu məsələni tam olaraq həll edəcəklər. Burda əsas problem vəsaitin olmamasından ibarət deyil. Əsas məsələ müxtəlif planlaşma ilə problemlərin mövcudluğudur”.  Nazir məktəb müəllimlərinin əmək haqlarının artırılması ilə istiqamətində işlərin getdiyini də diqqətə çatdırıb: “Təhsil Nazirliyi bu işlə məşğuldur. Söhbət müəllimlərlə bağlı modeli dəyişməsindən gedir. Hansı müəllim daha yaxşı nəticə göstərəcək, onlar daha yüksək maaş ala biləcəklər”.Nazir Milli Məclis sədrinin müavini Bahar Muradovanın əmlakın sığortalanması haqqında irəli sürdüyü təklifləri də dəyərləndirib: “Kür çayının daşmasından sonra Sabirabad, Salyan və digər zonalarda evlər tikildi. Lakin bu gün məhkəmələrdə hökumətə qarşı bir çox iddialar qaldırılıb. Halbuki, hökumət onlara evlər tikib. Kimsə iddiasını versin, amma məhkəmələrin həmin iddianı qəbul etməsi başa düşülən deyil. Halbuki, həmin məhkəmələr əsaslı qərar da çıxar bilmirlər. Əmlakın sığortalanması istiqamətində iş aparılır. Qanunda bununla bağlı müddəalar var. Lakin onun icbari qaydada edən yoxdur. Biz aidiyyatı qurumlarla da məsələyə baxmışıq. Təəssüflər olsun ki, bizim əlimizdə təsirli mexanimzlər mövcud deyil. İki-üç ay ərzində təkliflərimiz hazırlanacaq”.Qeyd edək ki, bu gün  Milli Məclisin Elm və təhsil, Regional məsələlər, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlametlərarası komitələri birgə 2015-ci ilin dövlət büdcə zərfini müzakirəyə çıxarıblar.  2015-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə təklif olunaraq səs qoyulub və qəbul edilib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol