• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta telefonlardan necə qurtulaq? - AÇIQLAMA

Saxta telefonlardan necə qurtulaq? - AÇIQLAMA
29.05.2020 02:42
Azərbaycana şəxsi istifadə və kommersiya satışı üçün gətirilən mobil qurğuların IMEI kodlarının qeydiyyatına görə ödənişin tətbiqi ölkəyə mobil telefonların qanunsuz idxalının azalmasına kömək etmir. Bunu Trend-ə “DiVi” şirkətinin Xidmət Mərkəzinin rəhbəri Cümşüd Əliyev deyib. Onun sözlərinə görə, ölkədə mobil telefonların IMEI kodlarının qeydiyyatı sistemi ötən ayın 1-dən tətbiq olunur. Qeydiyyatın şərtlərinə əsasən, mobil telefon idxalı ilə məşğul olan şirkətlər Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinə uyğunluq sertifikatı və istehsalçı zavod tərəfindən qurğuya verilən unikal kodu təqdim edir. Vətəndaşların şəxsi istifadəsi üçün Azərbaycana gətirdikləri mobil qurğuların qeydiyyatı poçt rabitəsi şöbələrində və mobil operatorların xidmət mərkəzlərində həyata keçirilir.O, qeyd edib: "Ehtimala görə, şəxsi istifadə üçün ölkəyə gətirilən mobil qurğuların sayı o qədər də çox deyil. Lakin mövcud nöqsanlar qaçaqmal məhsullarının axınının artmasına səbəb olur. Bazara qaçaqmalçılıq yolu ilə düşən qurğu maksimum aşağı qiymətə satılır, həm də onların IMEI kodların məlumat bazasında qeydiyyatını alıcılar özləri həyata keçirməli olurlar. Güman edirəm ki, məhz bu, qeydiyyat sisteminin ödənişli olmasına səbəb olub, amma bu metodun qeyri-leqal idxalın qarşısını tam şəkildə alacağı ehtimalı çox azdır".C.Əliyevin sözlərinə görə, qanunsuz idxalın artması ölkəyə idxal olunan mobil telefonların rəsmi statistikasına da təsir edir. Azərbaycana mobil qurğularının idxalının azalması tendensiyası son iki il ərzində müşahidə edilir.Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-avqust aylarında Azərbaycana ümumi dəyəri 3095,4 min dollar olan 55 900 ədəd mobil telefon və simsiz şəbəkədə çalışan digər qurğular (planşet kompüterlər, radiotelefonlar və s.) idxal olunub. Məlumata əsasən, 2013-cü ilin eyni dövründə qeydə alınan göstərici ilə müqayisədə idxal olunan mobil telefonların sayı pulla ifadədə 28,4 faiz artıb.C.Əliyevin fikrincə, digər səbəb mobil qurğuların qeydiyyatı prosedurunun kifayət qədər maliyyələşdirilməməsidir. Ekspert hesab edir ki, bu baxımdan ödənişli qaydada qeydiyyatı məqsədəuyğun hesab etmək olar: "Qurğuların qeydiyyatı mobil operatorların birbaşa öhdəliyi deyil və xərclərin çıxarılması üçün onlar nazirliyə göstərdikləri xidmətə görə haqq almalıdırlar".Azərbaycanda şəxsi istifadə, həmçinin satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı noyabrın 1-dən ödənişlidir. Şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı 5 manat, şatış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı isə 0.20 manatdır.Qeydiyyat prosedurunun operativliyinin təmin edilməsi üçün şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların həm poçt şöbələri tərəfindən, həm də http://www.e-gov.az və http://www.imei.az internet informasiya ehtiyatları üzərindən elektron qeydiyyatı aparılacaq. Bununla yanaşı, qeydiyyat proseduru tam avtomatlaşdırılıb və nəticədə mobil cihazların qeydiyyata alınması 2 iş günündən 24 saat müddətinə endirilib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol