• $
  • €
  • ₽
  • ₺
  • £

Pediatr valideynlərə xəbərdarlıq etdi

Pediatr valideynlərə xəbərdarlıq etdi
03.10.2018 11:14
Havalar soyuduqca virusa yoluxmaların sayı artacaq.

Bunu Oxu.Az-a açıqlamasında pediatr Vaqif Qarayev bildirib. 

Onun sözlərinə görə, uşaqların xəstələnməsin ciddi virusla bağlı deyil:

"Uşaqlarda olan baş, qulaq ağrılarının səbəbi müalicə almamaqdır. Onlara keçən ilk infeksiyalar ağırlaşma verir. Həmin vaxt müalicə almalıdırlar”.

Vaqif Qarayev bildirib ki, xəstə uşaqlar məktəbə getməməlidir:

"Çünki həm özləri gec sağalacaq, həm də digər uşaqların virusa yoluxmasına səbəb olacaqlar. Anaların bir arqumenti var ki, uşaq evdə qalanda işə gedə bilmirlər. Lakin bu fikri ciddi hesab etmirəm. Xəstəlik vərəqi deyilən bir şey var. Sahə həkimləri tərəfindən analar üçün xəstəlik vərəqi yazılır. Anaları da günahlandırmaq çətindir. Çünki iş yerləri onların evdə olduqları günə görə ödəniş etmirlər”.
 
Pediatr havaların soyuması və virusa yoluxmalarla bağlı məsləhət də verib:

"Bir azdan havalar soyuduqda soyuqdəymə və ciddi virusa yoluxmalarının sayı artacaq. Həmin şəxslər avtobus, metro və ictimai yerlərdə bir dəfə asqıran zaman onlarla insanı həmin virusa yoluxdurur. Yəni, ciddi tələbat yoxdursa, evdən çölə çıxmaq olmaz”.

Vaqif Qarayev bağçadakı vəziyyətlə bağlı da danışıb:

"Xüsusən bağçalarda xəstə uşaqları qəbul etməməlidirlər. Epidemioloji vəziyyətdən asılı olaraq, yəni soyuqdəymə halları çoxalırsa, səhərlər hər uşaq yoxlanılandan sonra qrupa buraxılmalıdır. Xəstə uşaq evə qaytarılmalıdır. Uşaqların təhlükəsizliyinə tam nəzarət edilməlidir. Məktəblərdə sinif rəhbərinin üzərinə eyni məsuliyyət düşür”.

Təhsil eksperti Elçin Sadıqov bildirib ki, xarici ölkələrdə uşaqlar xəstə olanda məktəbə getməsinə icazə verilmir:

"Avropada, Amerikada xəstə olan birisinin məktəbə gəlməsi arzuolunan deyil, çünki ətrafdakılar ona görə şikayət edə bilərlər. Azərbaycanda isə məsələ başqa cürdür.

Məktəbdəki həkimlər görəndə ki, uşaq halsızdır, hər hansı bir xəstəliyi var, onları özləri evə göndərməlidirlər. Şagirdlərin isə evdə qalıb müalicə almağa haqları var. Yəni, xəstə olduqları zaman dərsə gəlməmələri müəyyən qədər gözardı edilə bilər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol