Azərbaycanda nazirlik işçisi özünü asdı

Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidə, ağacdan asılı vəziyyətdə tapılıb.
Anews.az-ın Report-a istinadən məlumatına görə, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.
Qeyd edək ki, Ramiz Azaqov sentyabrın 23-də, səhər saatlarında Şəki şəhəri "Dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri dönməyib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























