• $
  • €
  • ₽
  • ₺
  • £

Turist Bakıda dron uçurtdu

Turist Bakıda dron uçurtdu
05.10.2018 10:45
Şəhərin mərkəzində dron qaldıran turistlər polisləri hərəkətə keçirib.

Anews.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bir neçə gün öncə, axşam saatlarında şəhərin mərkəzi Nizami küçəsində turistlərdən biri havaya dron qaldırıb.

Çox keçməyib ki, polislər hərəkətə keçib. Əraziyə 10-dan çox polis nəfəri gəlib və dronu idarə edən şəxsi axtarmağa başlayıblar. Sonradan dronu daha çox yüksəyə qaldıran şəxs onu gözdən itirməyi bacarıb və polislər həmin şəxsi aşkarlamağa müvəffəq olmayıblar.

Məsələ ilə bağlı danışan Milli İnternet Forumunun prezidenti Osman Gündüz dronlara qarşı münasibətin birmənalı olmadığını, dronların təyinatı üzrə istifadəsinə qadağanın qoyulmasının doğru olmadığını bildirib:

"Dronlar fərqli təyinatlar üçün nəzərdə tutulub. Hərbi məqsədlər üçün istifadə olunan dronlara qadağa qoyulması normal haldır. Lakin məişət üçün nəzərdə tutulan dronların istifadəsinə qadağa qoymaq düzgün deyil. Hazırda ölkəmizə dron gətirilməsi nəzarətdədir. Belə ki, siz dron gətirmək istəyəkən DİN, DTX və digər hüquq mühafizə orqanların razılığını əldə etməli olacaqsınız. O zaman dronu ölkəyə keçirə bilərsiniz. Lakin sirr deyil ki, dronu hissələrə ayıraraq müxtəlif yollarla keçirən, onu ölkəmizdə quraşdıraraq satışa çıxaran və yaxud istifadə edən insanlar var.

Düşünürəm ki, polislərin şəhər mərkəzində dron istifadə edən şəxslərə qarşı bu cür reaksiyası qəbuledilməzdir. Heç bir dünya ölkəsində drondan istifadəyə qadağa qoyulmayıb. Ola bilər ki, həmin dron vasitəsilə şəhərimizin misilsiz gözəlliyi lentə alınsın və hansısa bir telekanala ötürülsün və bu da ölkəmizin imici haqqında müsbət fikir formalaşdırsın. Bu zaman isə polislərin onlara mane olması heç doğru olmazdı”.

Yol nəqliyyat eksperti Elməddin Muradlı isə açıqlamasında bunun təhlükəsizlik məqsədi ilə atılmış bir addım olduğunu, lakin bu qədər sərt mövqe göstərməyin lazım olmadığını bildirdi:

"Dünyanın heç bir yerində belə bir qayda yoxdur. Camaat başqa ölkələrdə oyuncaq təyyarələr, qırıcılar uçurdur, texnolgiya günü-gündən inkişaf edir. Bu qədər sərt davranmaq doğru deyil. Xüsisilə qorunan dövlət obyeklərin ətrafında belə hal yaşanarsa müdaxilə olunması başadüşüləndir, lakin şəhərin mərkəzində, parklarda dronlardan istifadə olunması normal qarşılanmalıdır.

Dronlara nəzarət Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirildiyi üçün polislər bu durumda hazırlıqsız yaxalanıb. Əgər gələcəkdə zərurət yaranarsa polislərə də səlahiyyətlərin verilməsi lazımdır. Həmin cihazlara kənardan müdaxilə imkanları, dronlardan istifadə edən şəxslərin yerinin təsbit edilməsi imkanları verilməlidir. Bu texniki məsələlərdir, gərək polislər xüsusi texnikalarla təchiz edilə”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol