• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın eks-nazirinin səhhəti yenə pisləşdi - reanimasiyaya yerləşdirildi - YENİLƏNİB

Azərbaycanın eks-nazirinin səhhəti yenə pisləşdi - reanimasiyaya yerləşdirildi - YENİLƏNİB
29.05.2020 02:57

Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı yenidən Türkiyədə "American Hastanesi"nə yerləşdirilib.


Fazil Məmmədovun son durumu ilə bağlı unikal.org-a türkiyəli həkimi Orhan Bilge açıqlama verib:


"Hazırda Fazil Məmmədov xəstəxanadadır. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşməyə başlayıb. O, pankreatit xəstəliyinin ağır formasından əziyət çəkdiyi üçün davamlı müalicə alması zəruridir. Fazil bəyi lazımi səviyyədə müalicə edirik. Hazırda səhhəti normallaşıb və narahatlığa ehtiyac yoxdur".

 ***

Mənbə bildirir ki, F.Məmmədovun həyat yoldaşı Günay Məmmədova onu bir an belə olsun tək buraxmır. Eks-nazir xəstəxanaya düşəndən onun yanındadır. Eyni zamanda, F.Məmmədovun Türkiyədəki müalicəsinin bahalı olduğu vurğulanır.


Qeyd edək ki, xatırladaq ki, ilin əvvəlində Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. Bu ilin iyun ayında F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastahanesi"nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub. Avqust ayında səhhəti stabilləşdiyindən sabiq nazirin "Çırağan Palace"da istirahət etdiyi qeyd edilirdi.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

Hadisə   Baxılıb: 23   Tarix: 15 oktyabr 2018  

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol