SOS: Sürüşmə sahəsində aktivlik davam edir

Badamdardakı sürüşmə zonasında aktivlik davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Anews.az-a verilən məlumata görə, saat 21:00-a olan monitorinqlərin nəticələrinə əsasən, sürüşmə kütləsinin həm cənub, həm də şimal hissəsində torpaq qatının kənarlarında xırda çatlar əmələ gəlib.
"Sürüşmə kütləsinin həm cənub, həm də şimal hissəsində torpaq qatının kənarlarında xırda çatlar müşahidə edilib və bu da sürüşmə kütləsinin ölçülərinin artması ilə müşayət oluna bilər", - deyə məlumatda bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























