Bakıda torpaq sürüşdü, divar uçdu – FOTOLAR

Bakıda divar uçub.
Anews.az-ın bildirir ki, "Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə 20-ci sahədən Bibiheybətə gedən yolda baş verib.
Bibiheybət məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçaraq yola tökülüb.
Torpaq sahəsinin də bir hissəsi sürüşüb. Hazırda ərazidə bərpa işləri aparılır.


www.anews.az
























