• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ilk eşşək ferması yaradıldı - yarım litr uzunqulaq südünün qiyməti...

Bakıda ilk eşşək ferması yaradıldı - yarım litr uzunqulaq südünün qiyməti...
23.10.2018 10:07
Azərbaycanda eşşək ferması yaradılıb və ondan alınan süd açıq-aşkar şəkildə reklam olunaraq, satılır.

Bu haqda "Yeni Müsavat” məlumat yayıb. Artıq sosial şəbəkələrdə "Donkey milk” adlı qurum mütəmadi olaraq pasterizə edilmiş eşşək südü satması ilə bağlı elanlar verir.

Qəzetin əməkdaşı elanla bağlı adıçəkilən qurumla əlaqə saxlayıb. Ümid adlı şəxs bildirib ki, artıq Azərbaycanda da ilk eşşək ferması yaradılıb və burada istehsal olunan südün qiyməti o qədər də baha deyil: "Bizim ferma Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşir. Qeyd edim ki, bu ferma Azərbaycanda, eləcə də Qafqazda ilk eşşək fermasıdır. Buradakı heyvanlarımızın hamısı həkim nəzarətindən keçib, peyvənd olunub. İstehsal etdiyimiz süd isə standartlara uyğun qablaşdırılır, bu barədə sertifikatımız da var.

Qiymətə gəldikdə isə, süd əsasən 200 və 500 qramlıq şüşələrdə satılır. 200 qramlıq süd 16 manat, 500 qramlıq süd isə 40 manatdır. Hətta 500 qramlıq süd alan müştəriyə 200 qram süd hədiyyə veririk.

Eşşək südü almaq istəyən şəxs fermamıza müraciət edə və yaxud ünvanına sifariş edə bilər”.

Qida Təhlükəsizliyi Agentliyi qəzetə bildirib ki, həmin fermanın mövcud olub-olmaması, istehsal etdiyi məhsulla bağlı məsələ aydınlaşdırılıb, tezliklə açıqlama veriləcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, ölkəmizdə eşşək südünün satılması yolverilməzdir: "Bunun əleyhinəyəm. Avropanın, Afrikanın ən əcaib ənənələri artıq Azərbaycana da gəlir. Çox təəssüflər olsun ki, son vaxtlar eşşək ətinin, südünün lobbisini, təbliğatını aparan insanlar peyda olub və mən bunu anormallıq hesab edirəm”.

E.Hüseynov deyib ki, ölkəmizdə istehlakçı istədiyini yeyə bilər, qanun bunu qadağan etmir, yəni istehlakçı seçimində azaddır: "Lakin bu o demək deyil ki, İslam ölkəsi olan Azərbaycanda bu cür ət və süddən istifadə olunsun.
Düşünürəm ki, ölkəmizdə belə bir fermanın yaradılması doğru deyil”.

Amma təbii üsullarla müalicə eksperti, həkim Seyfəddin Əsədin sözlərinə görə, eşşək südünün faydası misilsizdir: "Eşşək südü əsasən göy öskürəyin müalicəsində misilsiz effektə malikdir. Bu səbəbdən qardaş Türkiyədə eşşək fermaları yaradılıb, onun südünün istehsalı aparılır. Məlum olduğu kimi, dünyada müxtəlif xəstəliklərin müalicəsində eşşək südündən istifadə edilir. Azərbaycanda isə bu südə hələlik yalnız göy öskürəyin müalicəsi zamanı müraciət edilir”.

Seyfəddin həkim Bakıda eşşək fermasının yaradılmasını təqdir etdiyini dedi: "Çünki insanlar bu südü əldə etməkdə artıq çətinlik çəkməyəcəklər. Həmçinin heyvanların sayının artırılması südün qiymətinin də getdikcə aşağı düşməsinə təsir edəcək”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol