• $
  • €
  • ₽
  • ₺
  • £

Eks-nazir qızının yeni biznesindən danışdı

Eks-nazir qızının yeni biznesindən danışdı
29.05.2020 03:11
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov qızının Təhsil Kompleksi açmasından danışıb.

Anews.az bildirir ki, unikal.org-a açıqlama verən Misir Mərdanov yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:

"Bunlar hamısı boş şayiələrdir. Görünür məni istəməyən şəxslər belə məlumat yayırlar. Gözlərinizlə görmədiyiniz məsələlərə inanmayın. Qızım təhsil kompleksi aça bilər. Burada nə var? Oğurluq etmir ki? Belə şey olsa mənim xəbərim olardı, qızım hər halda bunu mənə deyərdi."

Məsələylə bağlı Samirə Mərdanova da açıqlama verib. S.Mərdanova barəsində yayılan xəbərə gülümsəyərək bildirib ki, o, Bakı Dövlət Universitetinin filologiya fakültəsində Azərbaycan dili və metodika kafedrasının dosent vəzifəsində çalışır:

"Hazırda BDU-dakı vəzifəmin başındayam. Yayılan məlumatlar tamamilə yalandır. Əgər Təhsil Kompleksini açsaydım indi orada olardım".

Qeyd edək ki, Misir Mərdanovun qızlarından biri - Samirə Mərdanova hazırda Bakı Dövlət Universitetinin filologiya fakültəsində Azərbaycan dili və metodika kafedrasının dosent vəzifəsində çalışır, filologiya elmləri namizədidir.

Xatırladaq ki, Vergilər Nazirliyi sentyabrın 5-də "Bakı Beynəlxalq Təhsil Kompleksi" MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 54, nizamnamə kapitalı 500 manat, qanuni təmsilçisi isə Azərbaycanın keçmiş təhsil nazirinin qızı - Samirə Misir qızı Mərdanovanın olduğu bildirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol