• $
  • €
  • ₽
  • ₺
  • £

"Məni incidən odur ki, cənab Prezidentin etimadını doğrultmadım" - Sabiq icra başçısı

"Məni incidən odur ki, cənab Prezidentin etimadını doğrultmadım" - Sabiq icra başçısı
28.05.2020 20:17
Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərov A24.az-a müsahibə verib. O, işdən çıxarılandan sonra qaranlıq qalan bir sıra məqamlara aydınlıq gətirib.

– Xaləddin müəllim, hazırda nə işlə məşğulsunuz?

– Hələ ki, istirahət edirəm.

– Səhhətiniz necədir?

– Şükür Allaha, sağlamlığımda heç bir problem yoxdur. Yaxşıdır hər şey. Şükür bu günümüzə. Amma yazmasanız, yaxşı olar da (Red: gülür).
– Hələ ki, heç bir yerdə işləmirsiniz, eləmi?

– Hələ ki, yox. İşləmirəm. Hazırda Bakıdayam. Əsasən, paytaxtda və Goranboyda oluram. Atam bir az xəstədir, ona görə də onu tək qoymaq istəmirəm. Bu məsələlərə görə işlə bağlı hələ ki, heç nə düşünmürəm.

-Sosial şəbəkələrdən istifadə edirsinizmi?

– Bəli, sosial şəbəkələrdən istifadə edirəm. Hər gün olmasa da, istifadə etdiyim günlər olur. Beyləqan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vaqif Abdullayevin də sosial şəbəkədən istifadə etdiyini oxudum.

– Bundan sonra biznes fəaliyyəti ilə məşğul olmağı düşünürsünüzmü?

– Mən təbii ki, elmi fəaliyyətlə məşğul olmayacam. Baxaq da, biznes fəaliyyəti ilə, yaxud hər hansı bir işlə məşğul olmağı düşünürəm. Hələ ki, baxıram, təhlil edim, görüm nə işlə məşğul ola bilərəm.

– Xaləddin müəllim, bəzən mətbuatda məlumatlar yayılır ki, sizin "kadrlarınız vurulur” və s. Ümumiyyətlə, sizin kadrınız varmı?

– Kadr dövlətə məxsusdur. Xaləddin İsgəndərov kimdir ki, onun kadrı da ola?. İşdən çıxarılan şəxslər Xaləddin İsgəndərovun qohumu, əqrəbası, yaxını deyil ki, kimsə onun kadrı olsun. Yenə də deyirəm ki, kadr dövlətə məxsusdur. Adam gəlir, baxırıq və münasib bilinirsə, işləyir. Mənim özümün heç bir zaman şəxsi kadrım olmayıb. Mən heç kimi də hardansa öz yanıma gətirməmişəm. Sadəcə olaraq, baxmışıq ki, gənc, perspektivlidir, ondan sonra işə götürülüb. Həmin kadrlardan demək olar ki, hamısı hələ də çalışır. Bir-ikisini çıxmaq şərtilə. Çünki onlar Yeni Azərbaycan Partiyasının (YAP) fəallarıdır. Doğrudan da, savadlı şəxslər idi hamısı.

– Siz işdən çıxarılandan sonra qohumlarınızın da işdən çıxarıldığı deyilirdi…

– Təbii ki, haqqımda yazırlar. Mən isə onlara heç nə demirəm. Mənim yüksək vəzifədə olan heç bir qohumum işdən çıxarılmayıb. Haqqımda çox söz deyə bilərlər. Hamısı yalan sözlərdir.

– İşdən çıxarılmağınız sizi narahat edirmi?

– Mənim işdən çıxmağım məni narahat etmir. Hər bir kəs həyatda da müvəqqətidir, vəzifədə də. Məni narahat edən, mənə təsir edən, məni incidən odur ki, cənab Prezidentin etimadını doğrultmadım. Yoxsa, vəzifə müvəqqəti bir şeydir. Burda nə var ki?

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin mayında Xaləddin İsgəndərovun Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol