• $
  • €
  • ₽
  • ₺
  • £

Əmisinin gəlinini qaçıran oğlanın ölümünə görə yeni həbslər var

Əmisinin gəlinini qaçıran oğlanın ölümünə görə yeni həbslər var
29.05.2020 11:29
Quba rayonunda 26 yaşlı oğlanın əmisinin gəlinini qaçırdığı üçün linç edilərək öldürülməsi hadisəsi ilə bağlı bir neçə nəfər həbs edilib.


Anews.az  publika.az-a istinadən xəbər verir ki, Tülər kəndində baş vermiş dəhşətli cinayət faktı ilə əlaqədar istintaqa cəlb edilən və ifadələri alınan 60-dan çox şəxsdən 6-sı Quba rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Onların barəsində istintaq müddəti üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.


Həbs edilərək təcridxanaya göndərilən şəxslər arasında ərinin əmisi oğlu ilə qaçan 25 yaşlı Aynurun atası, dayısı, qayını və əri də var. Aparılan araşdırmaların gedişində həbs edilənlərin sayının artması istisna edilmir.


Bildirilir ki, məlum cinayətdə qaçan gəlinin dayısı da yaxından iştirak edib. Rusiyadan yenicə Azərbaycana qayıdan həmin şəxs baş vermiş cinayətin təşkilatçılarından olub.


Həbs edilən şəxslər Bakıya qaçmış Aynurla Elşadın oğurlanaraq məcburi şəkildə Qubaya gətirilməsində, Tülər kəndində linçetməni təşkil etməkdə və qətldə şübhəli bilinirlər.


Qeyd edək ki, həyat yoldaşının 26 yaşlı əmisi oğlu ilə qaçan qadın 2 uşaq anası olub və o, övladlarını ataraq evdən çıxıb. E.Ə. ilə əmisinin gəlini A.Ə. kənddən çıxandan sonra birbaşa Bakıya gəlib və 2 gün ərzində paytaxtda qalıblar. Bu müddət ərzində qadının ailə üzvləri, eləcə də atası və qardaşları onu axtarıblar. Həmçinin onun itkin düşməsi ilə bağlı polisə məlumat verilib.


Qətlə yetirilən gənc Bakıda başqa qızla nişanlı imiş.


Araşdırmalar davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol