• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankdan krediti indi al, olanda ödə!

Unibankdan krediti indi al, olanda ödə!
01.11.2018 14:11
Krediti indi alırsınız, imkanınız olanda ödəyirsiniz. Unibankın Kənd təsərrüfatı işçiləri günü münasibəti ilə başladığı bu kampaniya, kənd təsərrüfatı ilə məşğul olan şəxslərin biznesinə böyük dəstək məqsədi daşıyır. Kampaniya çərçivəsində kreditlər güzəşt müddəti ilə, daha aşağı faizlə və 0% komissiya ilə veriləcək. Fermer götürdüyü kreditin əsas məbləğini verilən güzəşt müddəti ərzində - öz məhsulunu satandan sonra ödəmək imkanı qazanacaq. Unibankdan dekabrın 30-dək kənd təsərrüfatı məqsədli mikro kredit götürənlər bu kampaniyanın üstünlüklərindən faydalana biləcəklər. 

"İndi al, olanda ödə” kampaniyası fermerlərə bir çox üstünlüklər verir:

- illik 5%-dən başlayan kredit;
- 9 ayadək güzəşt müddəti;
- komissiya 0%;
- 3 ayın faizləri hədiyyə.

Kampaniya 12 ay və daha artıq müddətə götürülən kreditlərə şamil olunur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar Unibank filiallarına müraciət edərək, sərfəli mikro kreditlər əldə edə bilərlər. 

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Unibankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir.  Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir: 
Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 14 saylı filial (Beş mərtəbə); 13 saylı filial ("İnşaatçılar”); 9 saylı filial (ASAN 1 Kommunal); "Gənclik” filialı; "Nərimanov” filialı; "Əcəmi”; "Neftçilər”; 10 saylı filialı ("Əhmədli”); 17 saylı  ("Sahil”); 19 saylı filial ("Bakıxanov”); "Mərdəkan”; "Xırdalan”; "Sumqayıt”. 

Region filiallarından: "Gəncə”; "Kəpəz”; "Şəmkir”; "Tovuz”; "Bərdə”; "Mingəçevir”; "Quba”; "Şəki”. 
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!

####
Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – "MBANK” (1992) və "PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür. 
 











www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol