Azərbaycanın bu 6 şəhərinin Baş Planı hazırlanacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycanın kiçik və orta şəhərlərinin baş planlarının hazırlanması üzərində işləyir.
Anews.az xəbər verir ki, bunu Trend-ə Komitənin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
"Biz hazırda yerli təşkilatlarla müqavilələr imzalamışıq. Onlar respublikanın 6 şəhəri üzrə sənədlərin hazırlanmasına başlayıb. Bu şəhərlər Saatlı, Sabirabad, Kürdəmir, Daşkəsən, Şabran və Tərtərdir”.
"Dövlət investisiyaları sosial-mədəni sahəyə, tibb, təhsil, mədəniyyət və idman obyektlərinin tikintisinə yönəldir. Mənzil və digər obyektlərin tikintisinə özəl sektor investisiya qoyur. Bununla da dövlət özəl sektorun inkişafı üçün imkanlar yaradır”.
www.anews.az
























