Generaldan yeni rəis təyinatı

Bir neçə gün öncə prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Akademiyasının rəisi vəzifəsindən azad edilən İsmayıl Ağaqulu oğlu Ələkbərova yeni vəzifə həvalə olunub.
Anews.az "qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə o, Baş Gömrük Mühafizə Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, İ. Ələkbərova qədər bu posta general-mayor Vurğun Süleymanov rəhbərlik edirdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























