• $
  • €
  • ₽
  • ₺
  • £

Başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərə ev veriləcək - RƏSMİ

Başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərə ev veriləcək - RƏSMİ
07.11.2018 11:52
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məcburi köçkünlərlə bağlı bir sıra məsələlərə toxunub. O cümlədən, mənzillərin verilməsində neqativ halların aradan qaldırılması, şəffaflığın və ədalətliliyin təmin edilməsi ilə bağlı tapşırıqlar verib.
 
Vətəndaşları düşündürən məsələlərdən biri də paytaxtda və digər rayonlarda başqasının mənzilində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni evlərlə təmin olunub-olunmayacağıdır. Bu haqda saytımıza çoxsaylı müraciətlər daxil olub.
 
Anews.az xəbər verir ki, Qaçqın və Məcburi Köçkünləri İşləri Üzrə Dövlət Komitəsindən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, başqasının mənzilində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə bağlı məsələ Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daima nəzarətindədir və müvafiq qurumlar qarşısında qaldırılır:
 
"Belə ki, Bakı və Sumqayıt şəhərlərində başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərlə bağlı icra hakimiyyətlərinə müraciət edilib, onların sayı, ailə tərkibi ilə bağlı məlumat əldə olunub və ümumiləşdirmələr aparılıb. Eyni zamanda Ədliyyə Nazirliyinə müraciət edilərək başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərlə bağlı verilmiş məhkəmə qətnamələri toplanıb. Əldə edilmiş məlumatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə müzakirələr aparılıb və təkliflər hazırlanıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulub. 

Dövlət proqramının müvafiq bəndi müəyyən səbəblərdən hələ tam icra olunmasa da, yaxın gələcəkdə bu məqsədlə yeni yaşayış evlərinin tikintisi, yaxud hazır mənzil alınaraq məcburi köçkünlərin ora köçürülməsi nəzərdə tutulub. 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən işğal olunmuş rayonlar işğaldan azad edilənə qədər məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq 1992-98-ci illərdə məksunlaşdıqları mənzillərdən çıxarılması dayandırılır. Lakin "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 1999- cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydasının tələblərinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmaqla köçürülə bilər".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol