• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseyn Abdullayev vəkilini dəyişdi

Hüseyn Abdullayev vəkilini dəyişdi
29.05.2020 12:15
Hazırda həbsdə olan "Quska" ləqəbli iş adamı Hüseyn Abdullayevin vəkili dəyişib.

 

Anews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, H. Abdullayevin müdafiəsinə Vəkillər Kollegiyasının üzvü Cavid Rzazadə qoşulub.

 

C. Rzazadə məlumatı təsdiqləyib və bildirib ki, artıq müvəkkili ilə görüşüb: "Hazırda səhhəti ümumi olaraq normaldı, amma bəzi narahatlıqlar var, arterial təzyiqi stabil deyil. Yaxın qohumları və müdafiəçiləri ilə telefon əlaqəsi saxlamasına və qohumları ilə görüşməsinə qoyulan məhdudiyyətin götürülməsi üçün mənə istintaq orqanına vəsatətlə müraciət etməyi tapşırıb".

 

C. Rzazadə digər vəkillərin H. Abdullayevin müdafiəsini davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirib: "Əvvəlki vəkillərindən imtina etmək niyyətindədir. Yaxın günlərdə başqa vəkillər də onun müdafiəsinə qoşulacaq".

 

Rəsmi açıqlamaya görə, onun barəsində "Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ölkədən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə "İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

 

3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb. Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyədə tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilib.

 

"Quska" həm də hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilir. 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol