• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkər xəstəsi olan uşaqların sayı açıqlandı

Şəkər xəstəsi olan uşaqların sayı açıqlandı
29.05.2020 11:36
Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” çərçivəsində şəkərli diabet xəstələrinin vahid elektron registri çərçivəsində məlumat bazarının təkmilləşdirilməsi, xəstəliyin profilaktikası, reabilitasiyası, müalicəsi, xəstələrin dərman preparatları ilə təmini və başqa tədbirlər həyata keçirilir.

Bu sözləri jurnalistlərə açıqlamasında Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babek Salek deyib. 

Onun sözlərinə görə, bu gün şəkərli diabet xəstələrinin sayında artım var:

"Ötən ilin dekabr ayı üçün ölkə üzrə 243 min 126 xəstə qeydiyyatda olub. 2018-ci ilin son doqquz ayında isə 263 minə yaxın xəstə qeydiyyata alınıb. 2018-ci ilin səkkiz ayı üzrə 263 057 şəkərli diabet xəstəsi qeydiyyatdadır. Onun 1654 nəfəri uşaqdır. Uşaqların yalnız 20 nəfəri 2-ci tip diabetdir.

Bakı üzrə keçən il 580 uşaq qeydiyyatda olubsa, bu gün uşaqların sayı 600 dən çoxdur. Dünyada şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı 12-15 faiz artır. Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarına əsasən, 2030-cu ildə şəkərli diabetdən vəfat edənlərin sayına görə bu xəstəlik 7-ci yerdə qərarlaşacaq. Bu gün bu xəstəliyin xüsusi diqqətdə saxlanılmasına önəm verilir”.

O bildirib ki, uşaqlar arasında şəkərli diabetin 1-ci tipi daha geniş yayılıb:

"Uşaqlarda bu xəstəlik özünü kəskin şəkildə büruzə verir. Çox zaman valideynlərin uşaqlarının xəstə olmasından belə xəbəri olmur. Uşaq yavaş-yavaş arıqlayır, suya tələbatı normadan artıq olur və daimi halsızlıq yaranır. Uşağa vaxtında düzgün  diaqnoz qoyulmadıqda isə koma önü, yaxud koma vəziyyətində xəstəxanaya çatdırılır.

Uşaqlar arasında şəkərli diabetin yayılmasının etimologiyası fərqlidir. İrsi amil, qeyri-sağlam həyat tərzi, yanlış qidalanma diabetin yaranmasına şərait yarada bilir. Böyük insanlarda alkoqol, hipodinamiya - hərəkətin azlığı şəkərli diabetin yaranmasına səbəb olur”.
 
oxu.az

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol