• $
  • €
  • ₽
  • ₺
  • £

MSK sədrindən çağırış

MSK sədrindən çağırış
27.10.2014 17:55
“Qanunvericiliyə uyğun olaraq bələdiyyə seçkilərində 60-dan artıq seçki dairəsində namizədləri olan partiyalara İctimai Televiziyada (İTV) pulsuz efir vaxtı ayrılacaq. Ona görə də siyasi partiyaları bələdiyyə seçkilərində fəal olmağa çağırıram”. APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib. M.Pənahov bu həftədən başlayaraq seçki gününə qədər İctimai Televiziyada MSK üzvlərinin iştirakı ilə bələdiyyə seçkiləri ilə bağlı maarifləndirici xarakterli verilişlərin efirə çıxacağını da nəzərə çatdırıb. M.Pənahov bələdiyyə seçkiləri ilə bağlı MSK tərəfindən hazırlanan maarifləndirici çarxların da önəmli olduğunu, artıq bu maarifləndirici xarakterli çarxlardan ikisinin yaxın vaxtlarda İctimai Televiziyada nümayiş etdiriləcəyini açıqlayıb. O, belə maarifləndirici xarakterli çarxların seçici fəallığının yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. M.Pənahov bələdiyyə seçkilərində namizədliyini irəli sürən şəxslərin seçki platformalarının əhaliyə çatdırılmasına çalışacaqlarını qeyd edib. Bakı. Ramiz Mikayıloğlu - APA. “Qanunvericiliyə uyğun olaraq bələdiyyə seçkilərində 60-dan artıq seçki dairəsində namizədləri olan partiyalara İctimai Televiziyada (İTV) pulsuz efir vaxtı ayrılacaq. Ona görə də siyasi partiyaları bələdiyyə seçkilərində fəal olmağa çağırıram”. APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib. M.Pənahov bu həftədən başlayaraq seçki gününə qədər İctimai Televiziyada MSK üzvlərinin iştirakı ilə bələdiyyə seçkiləri ilə bağlı maarifləndirici xarakterli verilişlərin efirə çıxacağını da nəzərə çatdırıb. M.Pənahov bələdiyyə seçkiləri ilə bağlı MSK tərəfindən hazırlanan maarifləndirici çarxların da önəmli olduğunu, artıq bu maarifləndirici xarakterli çarxlardan ikisinin yaxın vaxtlarda İctimai Televiziyada nümayiş etdiriləcəyini açıqlayıb. O, belə maarifləndirici xarakterli çarxların seçici fəallığının yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. M.Pənahov bələdiyyə seçkilərində namizədliyini irəli sürən şəxslərin seçki platformalarının əhaliyə çatdırılmasına çalışacaqlarını qeyd edib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol