• $
  • €
  • ₽
  • ₺
  • £

“Gərək adamlar boğulsun ki, metro çəkilsin?!” - Deputat

“Gərək adamlar boğulsun ki, metro çəkilsin?!” - Deputat
14.11.2018 13:54
"Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni özümüz həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə olmasın, şikəst olmasın, əlil olmasın”.

Anews.az Qafqazinfo-ya xəbər verir ki, bunun deputat Fazil Mustafa parlamentdə  büdcə müzakirələrində deyib. Onun sözlərinə görə, burada ünvanlılıq olmalıdır: " Hökumət hətta, naturallılıq yolu ilə də bunu edə bilər, yəni, qida, ərzaq şəklində də kömək etmək olar. 63 faizi əhalinin rəsmi gəliri yoxdur, həm atanın, həm də ananın. Ona görə də hökumət bu məsələni həll etməlidir”. 

F. Mustafa həmçinin Bakıda nəqliyyat probleminə də toxunub. O bildirib ki, burada ciddi problem yaşanır: "Bu problemi aradan qaldırmaq üçün metro çəkilməlidir. Bu gün  milyonlarla adam metrodankı havasızlıqdan əziyyət çəkir. Gərək 1 milyon havasızlıqdan boğulsun ki, bu sahəyə vəsait ayrılıb metro tikintisi sürətləndirilsin?!  Amma bu sahəyə uzun zamandır ki, ciddi vəsait ayrılmır”.

Qeyd edək ki, çıxışlardan sonra 2019- cu ilin dövlət büdcəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. Deputatlardan 105-i lehinə, ikisi isə əleyhinə səs verib. Onu da qeyd edək ki, ikinci oxunuşda müzakirələr noyabrın 23-də davam etdiriləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol