• $
  • €
  • ₽
  • ₺
  • £

Elşad Miri: Şizofreniyanı “Quran”la sağaltmağa çalışırlar

Elşad Miri: Şizofreniyanı “Quran”la sağaltmağa çalışırlar
14.11.2018 21:30
Son günlər Şabran rayonunda "cin çıxarma” adı altında döyülərək öldürülən 25 yaşlı gənc bu gün də sosial şəbəkələrdə müzakirə mövzusu olaraq qalır. Sosial şəbəkə istifadəçiləri arasında bir qrup insan düşünür ki, həqiqətən də, bir insanın içərisinə gözəgörünməz "cin”, "şeytan” girə və onu idarə edə bilər. Digər bir qrup isə bunun cahillikdən başqa bir şey olmadığını düşünür. Bu məsələnin həqiqət payı nədir? İslam dinində "cin çıxarma” anlayışı varmı?

Məsələ ilə bağlı Oxu.Az-a danışan ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, bənzər hadisə onun bacısının da başına gəlib:

"Uşaq vaxtı valideynlərim bacımı Yevlaxda "cin çıxarma” üsulu ilə insanlara kömək etdiyini deyən bir cindarın yanına aparmışdılar. O, bacıma qəribə bir kağıza dua yazıb, daim yastığının altında saxlamasını demişdi. Mən ərəb dilini öyrəndikdən sonra açıb orada nə yazıldığına baxmaq istədim. Gördüklərim isə məni təəccübləndirmədi. Boş söz yığınından başqa bir şey yox idi.

Bu gün də insanlar bu yalanlara inanır, özlərini nə hallara salırlar. Heç kim fikirləşmir ki, bu "cin çıxarma” anlayışı "Quran”da yoxdursa, kim tərəfindən ortaya atılıb. "Qurani-Kərim”də belə bir surə yoxdur. Əgər belə hadisələr gerçək olsaydı, peyğəmbərlərimizin dövründə də yaşanırdı.

Heç bir mənbədə yazılmayıb ki, peyğəmbərlərimiz insanların ruhuna daxil olan "cin”ləri çıxararaq onlara kömək edib. "Qurani-Kərim”in 16 surəsinin 99-cu ayəsində belə bir məqam var:

"Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur”    

Bu, onu göstərir ki, insanlar bu cür inancları özləri uydurur. Kim nədən qorxursa, bunu cəmiyyətə təbliğ edir”.

Elşad Miri onu da bildirib ki, "Qurani-Kərim” heç vaxt şizofreniyanı müalicə edə bilməz:

"Bu gün insanlar hər hansı psixi xəstəlikləri, şizofreniyanı "Qurani-Kərim”dən ayələr oxumaqla sağaltmağa çalışırlar. "Quran” insanların mənəviyyatını, vicdanını sağalda bilər. Təsəvvür edin ki, siz xəstəsiniz, həkimə müraciət etmisiniz. Həkimin yazdığı dərmanları alıb istifadə etmək əvəzinə, üzündən oxuyursuz ki, şəfa tapasınız.

Bu, heç bir məntiqə sığmır. Bu gün bir qrup insan "cin çıxarma” adı ilə özlərinə çox gözəl biznes qurublar. Hətta elə insanlar var ki, onlar iddia edir ki, cinlərlə, gözəgörünməzlərlə əlaqə yarada bilir. İnsanlar isə, təəssüf ki, bu nağıllara inanaraq, onlara qazanc mənbəyi olurlar. İslamda bu cür uydurmalar yoxdur. Bu, sadəcə olaraq, fırıldaqçı insanların biznes şəbəkəsidir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol