• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovla bağlı məlumat - 2 milyard manat mənimsəyib

Əli Həsənovla bağlı  məlumat - 2 milyard manat mənimsəyib
15.11.2018 10:37
"Qaçqınkom”da aparılan yoxlama nəticəsində müdhiş maxinasiyalar üzə çıxıb.

Prezident seçkilərindən sonra Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən çıxarılan Əli Həsənov ciddi problemlə üzləşib. Sabiq komitə sədrinin ötən dövrdəki fəaliyyəti araşdırılıb və külli miqdarda yeyintiyə yol verdiyi üzə çıxıb.

anews.az xəbər verir ki, bu barədə "Unikal” qəzetinə məlumat verən mənbənin sözlərinə görə, üzə çıxan maxinasiyalar Ə.Həsənovun milyonlarla deyil, daha böyük məbləğdə dövlət vəsaitinin mənimsədiyini sübuta yetirib. Məlumatlı şəxs onu da bildirib ki, həm köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına ayrılan pullardan, eləcə də mənzil tikintisindən ümumilikdə 2 milyard manat vasait "yoxa çıxıb”.

Müsahibimizin sözlərinə görə, məsələ Prezidentin də nəzarətində olduğundan bu günə kimi həyata keçirilən bütün layihələrin detalları araşdırılıb: 

"Bildiyiniz kimi, Prezident bu məsələ ilə bağlı sonuncu müşavirədə də sərt reaksiyasını verdi. Xüsusən də mənzil tikintisi və paylanması prosesində mövcud neqativliklərə toxundu. Məlum çıxışdan sonra ciddi yoxlama aparılır və nəticə həqiqətən də dəhşətlidir. Əslində, Əli Həsənovla bağlı narazılıqlar xeyli müddətdir davam edirdi. Bir müddət öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində baş verən neqativliklərlə bağlı mediada və parlamentdə müzakirələr gedirdi. Hətta deputatlar Çingiz Qənizadə və Hikmət Babaoğlu da bu məsələ ilə bağlı rezonans doğuran açıqlamalar vermişdilər. Deputat Çingiz Qənizadə məcburi köçkünlərin işıq, qaz, su ödənişlərinin mərkəzləşmiş qaydada edilməsinin korrupsiyaya yol açdığını bildirmişdi. O, konkret faktlarla çıxış edərək bildirmişdi ki, 2012-2015-ci illər ərzində 100 minlərlə manat dövlət vəsaiti məcburi köçkünlərin kommunal xidmətlərinin ödənməsi adı altında yoxa çıxıb, bu faktlar Hesablama Palatasının hesabatlarında da öz əksini tapmışdı”.

Xatırladaq ki, məcburi köçkünlərin işıq, qaz və sudan istifadəsində güzəştlər, yəni müəyyən limit var. Həmin ödənişləri isə xidmət təşkilatlarına dövlət büdcəsindən ayırmalar hesabına mərkəzləşmiş qaydada "Qaçqınkom” həyata keçirir. Araşdırmalar zamanı isə bəlli olub ki, təkcə 2014-cü ildə "Qaçqınkom”da bu məsələdə 250 min manat civarında yeyinti mövcuddur. Amma bu rəqəm qısa müddəti əhatə edirdi. Yəni, uzun illəri hesablasaq, rəqəmlər həqiqətən çox böyükdür. Yəni, ümumilikdə, bu ilin aprelinə qədər həyata keçirilən layihələrdən də külli miqadarda vəsait mənimsənilib.

Onu da nəzərə çatdıraq ki, Əli Həsənovun fəaliyyətinin araşdırılması zamanı üzə çıxan 2 milyardlıq yeyinti ilə bağlı ciddi cəzalandırmanın olacağı gözlənilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol