• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı qadın sürücülərin stereotipi: Axı bizə olar...

Bakıdakı qadın sürücülərin stereotipi: Axı bizə olar...
24.11.2018 09:50


Azərbaycanda yazılmış qanunlarla yanaşı, mentalitet anlayışına söykənən "şərəf məcəlləsi” də var. Bir vaxtlar müsahibə aldığım İtaliyanın tanınmış şirkətlərindən birinin art direktoru olan qadını xatırladım. O deyirdi ki, Bakı kişilərinin qadın cinsinə olan münasibətindən təsirlənib. Yəni, həddən artıq imtiyazlar var: 

"Onun üçün qapını açmaq, liftə birinci buraxmaq, növbə vermək lazımdır”.

O zaman ona demişdim ki, bu, artıq bizim qanımızdadır. 


Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla söhbətimizdə bu məsələni müzakirə etdik. 
"Hər bir polis əməkdaşı ilk növbədə Azərbaycan oğlu, kişisidir. Əlbəttə, bizim keçə bilməyəcəyimiz mentalitet prinsiplərimiz var. Düşünürəm ki, qadın sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozuntularının sayının artması asayiş keşikçiləri tərəfindən onlara qarşı güzəştlərlə bağlıdır”, - V.Əsədov Oxu.Az-a açıqlamasında deyib. 

Müsahibimizin sözlərinə görə, qadınlar başa düşməlidirlər ki, güzəştlər ancaq cüzi qayda pozuntuları zamanı ola bilər və bu, ikinci qayda pozuntusunun baş verməsinə hüquq vermir. 

"Misal üçün, dönmə işıqlarından biri yanmır. Onlara xəbərdarlıq edilir, bəzən yol polisi əməkdaşları bu maşını yaxınlıqdakı avtomobil ustasının yanına kimi müşayiət də edə bilər. 

Əgər qadın sürücü xəbərdarlıq almırsa, bu, o demək deyil ki, o, avtomobil hərəkətdə olarkən sükan arxasında telefonla danışa və ya makyaj edə bilər”, - V.Əsədov bildirib. 

Bu, mənə məzəli bir fikri xatırlatdı: "Qadın hər üç güzgünün onu göstərdiyi vaxt özünü əmin hiss edir...”

Qanun qarşısında hamı bərabərdir

V.Əsədovun sözlərinə görə, bu gün Azərbaycanda 1 milyon 400 mindən çox sürücü var ki, onların 40 mindən çoxu qadındır. 

"Əlbəttə, qayda pozuntusu kişilərdə daha çoxdur. Kişi sürücülərin say üstünlüklərinə baxmayaraq, yol-hərəkət qaydalarının pozuntuları ilə bağlı protokolları analiz edən zaman qadın sürücülərə də az rast gəlinmir. Əsas qayda pozuntuları – telefondan istifadə, dayanma və durma qaydalarının pozulması, sürət həddinin aşılması və avtomobilin sərxoş vəziyyətdə idarə edilməsidir”, - polis polkovniki əlavə edib. 

Qeyd etmək lazımdır ki, söhbət zamanı bir faktı dəqiqləşdirə bildik: gün ərzində təhlükəsizlik kəmərindən istifadə qaydalarının qadınlar tərəfindən pozulması aşkar edilməyib. 

"Kişilərdə bu məsələ daha çətindir. Demək olar ki, hər gün bu səbəbdən onlarla protokol yazılır”, - V.Əsədov bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol