• $
  • €
  • ₽
  • ₺
  • £

Barak Obama azərbaycanlı məktəbli ilə görüşəcək

Barak Obama azərbaycanlı məktəbli ilə görüşəcək
24.10.2014 15:31

Amerikada yaşayan 15 yaşlı azərbaycanlı məktəbli Məhəmməd Uğur ölkə üzrə keçirilən milli "Broadcom Masters" elm və mühəndislik müsabiqəsinin qaliblərindən biridir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu yaxınlarda müsabiqənin qalibi olmuş 30 məktəblinin adları açıqlanıb. Yarışmanın final mərhələsi oktyabrın 24-29-da Vaşinqtonda keçiriləcək. Qalibi 75 min ABŞ dolları həcmində mükafat gözləyir. Məktəblilər Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşəcək və öz işləri barədə təqdimat edəcəklər. Məhəmməd Uğur Florida ştatının Melburn şəhərində IX sinifdə oxuyur. Onun atası Uğur Abdulla Florida Texnologiya Universitetində riyaziyyat kafedrasının müdiri, professordur. O, Bakı Dövlət Universitetinin məzunudur. Məhəmmədin biotibb mühəndisliyi, deterministik və statistik analiz nominasiyası üzrə müsabiqəyə təqdim olunmuş tədqiqat işi riyaziyyatın tibbdə tətbiqi ilə bağlıdır. O, riyazi metodlardan istifadə etməklə ürək-damar xəstəliklərinin dəqiq diaqnozunu hazırlayıb. Məhəmməd təhsillə yanaşı, idmanda da böyük uğurlar qazanıb. O, Amerika futbolu ilə də maraqlanır. "Broadcom Masters" Amerikada orta məktəb şagirdləri üçün ən nüfuzlu elm müsabiqəsi hesab olunur. Orta məktəb şagirdlərinin elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsində təqdim etdikləri novator tədqiqat işləri ən nüfuzlu alimlər tərəfindən qiymətləndirilir. "Broadcom Fond"u tərəfindən maliyyələşdirilən müsabiqə 2010-cu ildən keçirilir. Orta məktəb şagirdlərinin elm və mühəndislik sahəsində qabiliyyətlərinin stimullaşdırılması üçün fond 6 milyon dollar vəsait ayırıb. Finalçılar (12 qız, 18 oğlan) ölkənin 13 ştatından olan 29 məktəbi təmsil edirlər. Onlar 300 yarımfinalçı arasından seçiliblər. Müsabiqədə ümumilikdə 2054 şagird iştirak edib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol