• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı hacılardan Ebola ilə bağlı ilk müraciət

Azərbaycanlı hacılardan Ebola ilə bağlı ilk müraciət
24.10.2014 14:51
Ebola virusu ilə bağlı Həcc ziyarətindən qayıdan zəvvarlardan ilk müraciət daxil olub.Belə ki, dünən Həcc ziyarətindən qayıdan zəvvarlardan biri Ebola virusuna qarşı müayinədən keçmək üçün Respublika Taun Əleyhinə Stansiyaya müraciət edib.Oxu.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov APA-ya açıqlamasında deyib ki, Sumqayıt sakini olan həmin şəxs öncə “Qaynar xətt”lə əlaqə saxlayıb, sonradan isə birbaşa onunla danışıb.Onun sözlərinə görə, zəvvar Ebola virusu təhlükəsi barədə eşitdiyini və bununla bağlı müayinədən keçmək istədiyini bildirib:“Ona məlumat verildi ki, həmin şəxs yerli poliklinikaya müraciət edərək 21 gün ərzində nəzarətdə saxlanılmalıdır. Əgər səhhətində heç bir dəyişiklik olmasa, təhlükə yoxdur. Həm də deyildi ki, temperatur olsa da, həyəcan keçirməsin ki, bu, virusa yoluxmadır. Çünki qış vaxtıdır, ona görə soyuqdəymə və temperatur ola bilər. Belə hallar olarsa, hər ehtimala qarşı həkimə müraciət edilməlidir”.Ş.Qurbanov qeyd edib ki, müraciət edən zəvvarın heç bir narahatlığı olmayıb, sadəcə ziyarətdən gəldikdən sonra müayinə olunmaq istəyib:“Həcc ziyarətindən gələn zəvvarlardan da müayinədən keçmək istəyənlər ərazi üzrə poliklinikalara müraciət etməlidir. Hansısa hal dəyişikliyi, müəyyən əlamətlər olarsa, müayinə olunacaqlar. Bu xəstəliyin maksimal inqubasiya dövrü 21 gündür. Mikrob onun bədənində ola bilər, ancaq əlamətləri çıxmaz. Virus bədəndə varsa, 21 gün ərzində mütləq özünü göstərəcək”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol