Aksiya keçirən köçkünlərə ev veriləcək

Ötən gün Tərtərdə aksiya keçirən məcburi köçkünlərin problemi həll olunacaq. “Qafqazinfo” xəbər verir ki, keçirilən aksiyadan sonra narazı köçkünlərlə görüşən səlahiyyətli şəxslər rayonun İmamqulubəyli kəndində tikilən məcburi köçkün qəsəbəsində onların evlə təmin olunacağına söz veriblər. Köçkünlərlə Ağdam rayonunun Quzanlı qəsəbəsində, idman kompleksində görüş keçirilib. Görüşdə rayon icra başçısının müavini Zülfi Qasımov, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib. Şikayətçilərə bildirilib ki, onlara yaın günlədə yeni tikilən qəsəbədən ev veriləcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























