• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın tibb müəssisələrində ixtisar

Azərbaycanın tibb müəssisələrində ixtisar
23.10.2014 14:51
“Ötən 10 il ərzində Azərbaycanda ambulator-poliklinik  tibb müəssisələrinə müraciətlərin sayı artıb”. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva “Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib ki, xəstəxanada qalma günü azalmaqla və çarpayıların orta tutulma göstəriciləri artmaqla tibb müəssisələrinin işinin səmərələşdirilməsinə nail olunub. Onun sözlərinə görə, xəstəxana çarpayılarının məşğulluq göstəricisi son 10 il ərzində 3 dəfə yüksəlib. Aparat rəhbəri qeyd edib ki, ilkin səhiyyə xidməti müəssisələrində ailə həkimi praktikasının tətbiqinə başlanıb. Nazirlik təmsilçisi bu gün minə qədər ailə həkiminin Azərbaycanın regionlarında, kənd xəstəxanalarında və digər ilkin səhiyyə müəssisələrində çalışdığını açıqlayıb: “Son 10 il ərzində Azərbaycanda ölüm göstəricisi dinamik olaraq azalıb, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlib. Ölkədə orta ömür uzunluğu bu illər ərzində artaraq 2000-ci ildə 71,8 yaşdan 2013-cü ildə 74,2 yaşadək yüksəlib. Son illər ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu sahədə göstəricilərin yaxşılaşmasına gətirib çıxarıb. Ana ölümü 61%, körpə ölümü 34% azalıb”. Nazirlik rəsmisi qeyd edib ki, ötən 10 il ərzində ölkədə 500-dən artıq yeni tibb müəssisəsi tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub, ən müasir avadanlıqlarla təchiz olunub. Bu müəssisələrin 32%-i Bakının, 68%-i isə ölkənin digər regionlarının payına düşür: “Azərbaycanda səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə tam gücü ilə işləməyən və özünü doğrultmayan tibb müəssisələrinin ixtisar edilməsi, çarpayı fondunun azaldılması strukturunun optimallaşdırılması sahəsində islahatlar aparılıb, “Milli Səmərələşdirmə Planı”nın tətbiqi başa çatdırılıb. Nəticədə respublika üzrə çarpayı fondu orta hesabla 50% ixtisar edilib və iqtisadi baxımdan səmərəli hesab edilməyən 40%-ə yaxın stasionar müəssisə bağlanılıb, əvəzində isə yeni ilkin səhiyyə müəssisələri yaradılıb”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol