• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda cənazələr xüsusi avtomobillə daşınacaq - Qərar

Azərbaycanda cənazələr xüsusi avtomobillə daşınacaq - Qərar
07.12.2018 16:49
Azərbaycanda dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normaları müəyyən edilib.

Anews.az xəbər verir ki, bununla bağlı müddəlar "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda yer alıb.

Sənədə əsasən, meyitlərin yuyulmasına və daşınmasına, meyitlərin yuyulma yerinə, dəfnlə bağlı xidmətləri göstərən işçilərə dair tələblər və tullantı sularının axıdılması qaydaları bu Qaydaların tələbləri nəzərə alınmaqla, Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.
Dəfn mərasiminə hazırlıqla bağlı meyitlərin yuyulması və dəfnlə bağlı digər xidmətlərin göstərilməsi zamanı yaranan tullantı suları təmizləyici və dezinfeksiyaedici maddələrlə zərərsizləşdirildikdən sonra kanalizasiya sisteminə axıdılır. Cənazələrin yeyinti məhsulları daşınan avtomobil nəqliyyatı vasitələrində daşınmasına yol verilməməlidir. Cənazələr avtomobil nəqliyyatı vasitələri ilə daşınarkən, həmin nəqliyyat vasitələrinin konstruksiyası və təchiz edilmiş avadanlıqların xüsusiyyətləri, habelə tabutun qabariti və çəkisi nəzərə alınmalıdır. Cənazələr daşındıqdan sonra avtomobil nəqliyyatı vasitələri mütləq onların sahibləri tərəfindən təmizlənməli və dezinfeksiya edilməlidir. Cənazənin dəmir yolu, su və hava nəqliyyatı vasitəsilə daşınması zamanı, cənazə dibinə nəmliyi hopduran maddələr və ya əşyalar döşənmiş, hermetik lehimlənmiş və sinklənmiş tabuta yerləşdirilməli və onun daşınması üçün metal tabutun hermetik taxta qutuya qoyulması ölmüş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər tərəfindən təşkil edilməlidir. Şəxsin meyitinin, həmçinin meyitin qalıqlarının və ya külü saxlanılan urnanın ölmüş şəxsin qohumları, qanuni nümayəndələri və ya onu dəfn edəcək digər şəxslər tərəfindən gömrük sərhədindən keçirilməsi göndərən ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş ölüm faktı haqqında müvafiq tibbi arayış və ya onun notarial qaydada təsdiq edilmiş surətinin, yaxud diplomatik nümayəndəlik və ya konsulluqlar tərəfindən verilən ölüm haqqında şəhadətnamə və ya onun notarial qaydada təsdiq edilmiş surətinin və ölmüş şəxsin şəxsiyyətini təsdiq edən sənədlərin surətinin aidiyyəti gömrük orqanlarına təqdim edilməsi yolu ilə həyata keçirilir. Meyit 24 saat ərzində dəfn olunmadıqda, onun çürüməsinin qarşısının alınması üçün ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onu dəfn edəcək digər şəxslərin müraciəti əsasında müvafiq tibb müəssisəsi tərəfindən profilaktik tədbirlər görülür.

Ölüm səbəbi təhlükəli yoluxucu xəstəliklər olduqda, meyitlərin daşınmasına və dəfninə, onların daşındığı tabutların və nəqliyyat vasitələrinin dezinfeksiya edilməsinə dair tələblər Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol