• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi

Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi
28.05.2020 21:20




Xəbr verdiyimiz kimi, dekabrın 7-si səhər saat 08:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsinin ərazisində, qəsəbə sakini 1990-cı il təvəllüdlü Mübariz Kərimov idarə etdiyi "Mercedes 208” markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı, 8-i məktəbli olmaqla, ümumilikdə içərisində 10 nəfər sərnişinin olduğu mikroavtobusu hasara vurub.

"Qafqazinfo” xəbər verir ki, nəticədə, M.Kərimov və mikroavtobusda olan sərnişinlər - Hökməli və Sulutəpə qəsəbələrinin sakinləri 29 yaşlı Lumu Məmmədli, eləcə də 7, 10 və 14 yaşlı uşaqlar xəsarət alıblar. L.Məmmədlinin və bir azyaşlının vəziyyətləri orta ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin hasarının bir hissəsi uçulub.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytetantı Rüfət Quliyev Trend-ə açıqlamasında bildirib ki, M.Kərimov verdiyi ilkin ifadəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi gün sərnişinlərini orta məktəbə apararkən qəflətən qarşısına çıxan azyaşlını vurmamaq üçün nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarına çəkdiyini, lakin bu zaman idarəetməni itirərək hasara çırpıldığını bildirib.

Lakin araşdırma zamanı müəyyən olunub ki, valideynlərlə aralarında əldə olunan şifahi razılaşmaya əsasən, M.Kərimov gündəlik olaraq qəsəbə sakinlərindən bir qrup məktəblini və onların valideyinlərini 217 nömrəli tam orta məktəbə aparıb-gətirirmiş.

Heç bir təhlükəsizlik tədbirləri görülməyən, müvafiq tanınma nişanı ilə təchiz edilməyən, əsasən qəsəbə və məhəllədaxili yollardan sürülən mikroavtobusla məktəbliləri daşıyan M.Kərimovun ümumiyyətlə sürücülük vəsiqəsi olmayıb.

Xüsusi texniki vasitələrlə qeydə alınan məlumatlara əsasən, "Mercedes 208” markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı mikroavtobusun respublika əhəmiyyətli avtomobil yollarında hərəkətdə olması aşkar edilməyib.

Mübariz Kərimov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

BDYPİ baş vermiş bu yol-nəqliyyat hadisəsinə diqqət cəkməklə bir daha xatırladır ki, özlərinin, övladlarının həyatını tanımadıqları, təsadüfü seçdikləri, təcrübəsiz insanlara, sürücülərə həvalə etməsinlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol