Azərbaycanda məktəbdə acınacaqlı vəziyyət: "Dərsdə oturanda donuruq" - VİDEO

Sosial şəbəkədə Cəlilabad rayonunda yerləşən məktəbin şagirdlərinin dərs keçməsi üçün yararsız olduğu barədə video yayılıb.
Anews.az xəbər verir ki, videoda məktəbin Cəlilabad rayonu Kövüzbulaq (Soyuqbulaq) kəndində yerləşdiyi bildirilir. Çəkilişdən də göründüyü kimi məktəbin binası dağınıq vəziyyətdədir. Otaqları toz bürüyüb, divarlar çat verib. Çəkiliş zamanı uşaqlar da bu vəziyyətdən çox əziyyət çəkdiklərini, dərsdə oturduqları müddətdə üşüdüklərini deyirlər.
Düşünürük ki, Təhsil Nazirliyi məsələ ilə maraqlanacaq və müəyyən tədbirlər görəcəkdir.
Anews.az həmin görüntüləri təqdim edir:
M.Q
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib























