İntihar etmək üçün mobil rabitə operatorun qülləsinə çıxdı – Azərbaycanda

Şəmkir rayonunda intihar cəhdinin qarşısı alınıb.
Anews.az primetime.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür qəsəbəsində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülmüş, vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























