• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram yarmarkası ilə bağlı yenilik

Bayram yarmarkası ilə bağlı yenilik
13.12.2018 13:40
Bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində keçiriləcık yarmarkaların təşkili ilə bağlı yenilik edilib.

Bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Aqrar Ticarət Şirkətinin İnformasiya və ictimiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev bildirib.

O qeyd edib ki, yarmarkaların keçirilməsində məqsəd paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasıdır:

Qurum rəsmisi qeyd edib ki, builki yarmarka ənənəvi ünvanlarda təşkil olunmayacaq:

"Bu il ilk dəfə olaraq, yarmarka yalnız bir ünvanda təşkil olunacaq. "Kənddən şəhərə" bayram yarmarkası 21-30 dekabrda Nizami küçəsi 154 ünvanında (Landmark biznes mərkəzinin yaxınlığında, Azərbaycan-Fransız Universiteti ilə üzbəüz) keçiriləcək. Növbəti ildən etibarən yarmarkaların digər ünvalarda keçirilməsi nəzərdə tutulub".

M.Musayevin sözlərinə görə, ilk dəfə olaraq yarmarka innovativ metodla keçiriləcək:

"Yarmarkada iştirak etməyi istəyən fermerlər saytımız vasitəsilə bizə "onlayn" müraciət ediblər. Noyabrın 25-dən dekabrın 10-dək qeydiyyatdan keçiblər. Hazırda müraciət edənlərin yarmarkada iştirakı üçün seçim aparılır. İştirak üçün 110 yerlik ərazimiz var. Yarmarkada iştirak tam ödənişsizdir. Ərazi qapalıdır və istiliklə təmin olunub. Həmçinin, iştirakçılar xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediləcək. Yarmarkanın arxa hissəsində fermerlərin avtomobillərini rahat şəkildə saxlamaları üçün yer də müəyyən olunub".

Şöbə müdiri deyib ki, yarmarkanın təşkilində Qida Təhlükəsizliyi Agentliyi də iştirak edir:

"Məhsulların sertifikatlaşdırılması, qida təhlükəsizliyinin tələblərinə cavab verib-verməməsinə nəzarət edəcəklər".

M.Musayev qeyd edb ki, yarmarkada yerli istehsal olan bütün növ kənd təsərrüfatı məhsullarının satışına icazə veriləcək:

"Alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal və s. ala biləcəklər. Yarmarkada yalnız ət və ət məhsullarının satışı nəzərdə tutulmayıb".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol