• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı kitablar sağalmağa kömək edir?

Hansı kitablar sağalmağa kömək edir?
21.10.2014 22:57
Müalicəvi mütaliəKlassiklərdən birinin fikrinə görə, kitab ruhun dərmanıdır. Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. Bu yaxınlarda Liverpul Universitetinin alimləri mütaliə zamanı könüllülərin beyin aktivliyindəki dəyişiklikləri müşahidə ediblər. Məlum olub ki, yüksək poeziyanın təsiri altında beynin emosiyalara cavab verən hissəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə normallaşır və özünə nəzarət hissəsi aktivləşir. Bu metodika məhz stressdən və müxtəlif fobiyalardan əziyyət çəkən pasientlərin realibitasiyası üçün yaradılmışdır. Tədqiqatçıların fikrincə, müalicəvi kitabı hər kəs öz istəyinə uyğun olaraq seçə bilər. Yalnız biblioterapiyanın başlıca prinsiplərini yadda saxlamaq lazımdır: əsər cəlbedici olmalı, mütaliə təkcə zövq verməməli, həm də düşünməyə vadar etməlidir. Yaxşı olardı ki, əsərin baş qəhrəmanı nə vaxtsa oxucu ilə baş vermiş və hələ də onu narahat edən hadisələrlə üzləşsin. Kitab həm də nikbinlik, inam yaratmalı və ya azacıq qüssələndirməklə ruhumuzu saflaşdırmalıdır. Bu məsələ ilə bağlı həkim psixiatr Orxan Fərəclinin də fikirləri var: “Kitabın insan psixikasına, dünyagörüşünün formalaşmasına təsiri uzun illərdir bilinən mövzudur. Lakin ayrı-ayrı ədəbi janrların psixikamızın konkret hansı sferasına təsir edəcəyi və bundan terapiya məqsədi ilə istifadəsi isə ayrıca maraq doğurur. Təcrübələrimiz göstərir ki, bəzi janrların hətta bəzi konkret müəlliflərin belə əsərlərinin müalicəvi təsiri vardır. Təcrübədə bunun şahidi olmağımıza baxmayaraq, əlimizdə bunu sübut edə biləcək elmi tədqiqat nəticələri yoxdur. Məhz buna görə də bu tipli terapiya metodlarını heç vaxt həmin xəstəliklərin əsas müalicə metodu kimi məsləhət görə bilmirik. Amma yardımçı metod olaraq sizə deyim ki, bu əvəz olunmazdır. Düzgün seçilmiş, bədii mətinləri mütəxəssislər tərəfindən təhlil edilmiş nağılların nəinki uşaqların psixikasının, hətta millət olaraq etnopsixologiyamızın formalaşmasına ciddi təsiri vardır”. Bu istiqamətdə aparılan tədqiqatlarla tanışlıq “İntellekti yüksəldən və qəlbə xitab edən nə oxumalı?” sualını cavablandırmağa imkan yaradır: Klassik ədəbiyyat... Xüsusiyyətləri: ahəngli nəqletmə insanda müəyyən sabitlik hissi yaradır. Başqalarının səhvləri özününkülər barədə düşünməyə vadar edir. Göstərişlər: əsəbi, nevroz, üzücü hallarda universal vasitədir. Nizami Gəncəvi, Cəlaləddin Rumi, İohann Volfqanq fon Göte, Çarlz Dikkens, Lev Tolstoy, Viktor Hüqo, Teodor Drayzer, Onore de Balzak, Cek London, Fransua Rable, Migel de Servantes, Mirzə Fətəli Axundov, Hüseyn Cavid və b. Detektiv və macəralar... Xüsusiyyətləri: diqqəti, məntiqi, əzmi və müşahidə qabiliyyətini məşq etdirir. Qarışıq, həyəcanlı süjet xətti qəm-qüssəli fikirlərdən və problemlərdən yayındırır. Göstərişlər: üzücü və psixi gərginlik hallarında. Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon, Dan Broun, Çingiz Abdullayev və b. Elmi fantastika, fentezi... Xüsusiyyətləri: hadisələri və əməlləri həddindən artıq gərginləşdirərək onların hüdudlarını mümkün olduğu qədər genişləndirir. Xəstəyə öz düşüncələrini və istəklərini qorxusuz şəkildə qəbul etmək və onların digər şəxslərdə mövcudluğu ilə razılaşmaq imkanı verir. Göstərişlər: fobiyaların (qorxu hissinin) mövcudluğu şəraitində və qəlibləşmiş həyat tərzində yaşayan xəstələrə tövsiyə olunur. Jül Vern, Hüqo Vernbak və Herbert Uells, Con Tolkin, Klive Stapliş Luis, Stefani Mayer, Stiven Kinq, Brem Stoker, Meri Şelli, Edqar Allan Po, Namiq Abdullayev və b. Poeziya... Xüsusiyyətləri: dəqiq ritm orqanizmdə baş verən prosesləri normaya saldığı üçün şeir insanı müsbət enerjiyə yönəldir və özünə, öz gücünə inam yaradır. Göstərişlər: depressiya hallarında, daha çox insultdan sonrakı bərpa dövründə loqopedik məşğələlərdə istifadə olunması tövsiyə edilir. Aleksandr Puşkin, Anna Axmatova, Pablo Neruda, Lui Araqon, Cemal Süreyya, Attila İlhan, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nazim Hikmət, Mikayıl Müşfiq, Səməd Vurğun və b. Nağıllar və folklor ədəbiyyatı... Xüsusiyyətləri: müəyyən qədər ünsiyyət qaydalarını və müşahidəçiliyi öyrədir. Göstərişlər: uşaqların hiperaktivliyi və çətin tərbiyə olunan yeniyetmələrin xroniki itaətsizliyi hallarında. Miflər və əfsanələr, Hans Xristian Andersenin nağılları, “Qrimm qardaşlarının nağılları”, Azərbaycan nağılları (“Sehirli üzük”, “Şəms və Qəmər”, “Məlikməmməd”, “İsgəndər və fağır”, “Yeddi qardaş, bir bacı”), dastanlar (“Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Nibelunqlar haqqında nəğmə”, “Tristan və İzolda”, “Beavulf dastanı”) Fəlsəfi və mənəvi ədəbiyyat... Xüsusiyyətləri: kainatın bütövlüyü və insanın bu bütövlükdəki yeri haqqında təsəvvür yaradır. Göstərişlər: kəskin stress və xroniki depressiya hallarında. Sokrat, Platon, Aristotel, Lüdviq Vitgenşteyn, Fridrix Nitşe, İmmanuel Kant, Artur Şopenhauer, Tao Te Çinq, İbn Sina, Nəsirəddin Tusi və b. Yumoristik ədəbiyyat... Xüsusiyyətləri: narahatlığı azaldır, münaqişəsiz ünsiyyət qurmağın yollarını öyrədir. Göstərişlər: yeniyetmələrin keçid dövründə və əməliyyat sonrası əhval-ruhiyyəni yüksəldir. Əziz Nesin, Yaroslav Haşek, Bernard Şou, Sabit Rəhman, Mirzə Ələkbər Sabir və b. Göründüyü kimi, mütaliə təkcə biliklərimizi artırmır, həm də sağlamlığımızı möhkəmləndirməkdə bizə kömək edir. Deməli, kitab yalnız bilik mənbəyi deyil, həm də mənəvi və fiziki sağlamlıq mənbəyidir. Kitabdan ayrılmayaq...//Kulis.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol